Məhkəmə qərarları › İş №3(020)-9/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-9/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-9/2025 10.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, X1, Azərbaycan Respublikası X3 X6 etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası X7 X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan X10 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X16 şikayət ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası X7 X12 tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə tənbeh edilərək 1600 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2a yaşayır. 08 oktyabr 2024-cü il tarixdən rəsmi olaraq Beyləqan şəhəri, S.İmrəliyev küçəsi körpünün yanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" mağazasının müdiri vəzifəsində işləyir. 04 dekabr 2024-cü il tarixdə yuxarıda qeyd etdiyi mağaza müdiri vəzifəsində işlədiyi supermarketdə olan zaman ikisi bəy biri xanım olmaqla 3 nəfər şəxs rəsmi geyimdə mağazaya daxil olaraq özlərini təqdim etmişlər və Azərbaycan Respublikası X7 X6 əməkdaşları olduqlarını bildirərək “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq Beyləqan rayonu, S.İmrəliyev küçəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" mağazasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası X7 X14 tərəfindən Planlı (növbəti) yoxlama həyata keçirilməsi barədə ona xəbərdarlıq olunaraq bu barədə qərar göstərilmişdir. O, bununla bağlı işçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə məlumat verdikdən sonra, rəhbərlikdən həmin şəxslərə yoxlamanın aparılmasına maneçilik törətməməsi barədə təlimat verilmişdir. Bundan sonra Azərbaycan Respublikası X7 X6 əməkdaşları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" mağazasında yoxlamalar aparmağa başlamışlar. Yoxlama zamanı "xxxx" supermarketdə işçilərin gigiyenik təlimə cəlb edilməməsi, satış sahəsində və anbarda havalandırma sistemi quraşdırılmaması və üzərində Azərbaycan dili etiket məlumatı olmayan məhsulların satışının həyat keçirilməsi nöqsanları tutulmuş və ona barəsində protokol tərtib olunacağını bildirmişlər. O, həmin əməkdaşlara bildirmişdir ki, supermarketdə mağaza müdiri vəzifəsində işləyir, havalandırma sisteminə görə ona irad tutulması qanuni deyil, bundan başqa işçilərin gigiyenik təlimlərə cəlb edilməsi onun səlahiyyətlərinə aid deyildir. Həmçinin mağazada satılan Azərbaycan dili etiket məlumatı olmayan məhsulların satışını supermarketdə həyata keçirməmişdən qabaq həmin məhsullar gömrük nəzarətindən keçirilən zaman X3 İdxal-İxrac sektoru tərəfindən yoxlanılır və X7 tərəfindən həmin məhsulların ölkədə satışına icazə sertifikatı verilir. Həmin məhsullarının satışı qadağan olduğu halda üzərində Azərbaycan dili etiket məlumatı olmayan məhsulların ölkədə satışına nə üçün X7 tərəfindən icazə verdiyini soruşan zaman həmin şəxslər onun sualına cavab verməyərək bu suala cavab vermək onların səlahiyyətlərin aid olmadığını bildirmişlər. Bundan sonra Azərbaycan Respublikası X7 X6 əməkdaşları tərəfindən onun izahatı alınmış, o, izahatını yuxarıda göstərilən sözlərə uyğun yazmışdır. Sonra isə Azərbaycan Respublikası X7 X6 əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 220.2 və 447.0.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və ona həmin protokola mütləq imza etməli olduğu bildirilmişdir. O, da vəzifəli şəxslərin sözlərində yalan olmadığını düşünərək həmin protokolu imzalamışdır. Lakin protrokol yazılan zaman ona hər hansı bir xəbərdarlıq olunmamışdır ki, yazılan maddənin sanksiyasında hər hansı bir cəza və ya cərimə tənbehi vardır. Azərbaycan Respublikası X7 X6 əməkdaşları tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" supermarketinin mağaza müdiri, yəni onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 220.2 və 447.0.3cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə 04 dekabr 2024-cü il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə görə, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir və bu əməllər inzibati məsuliyyətə səbəb olur. “Standartlaşdırma haqqında” (17 may 2019-cu il tarixli) Azərbaycan Respublikası Qanununun 1.0 və 1.0.2-ci maddələrinə görə, bu Qanunun məqsədləri üçün standart dedikdə - təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəd anlaşılır. Azərbaycan Respublikası X7 X6 əməkdaşları tərəfindən yoxlama zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "xxxx" mağazasında standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışı faktı aşkar edilməmişdir. Mağazada aşkarlanmış yuxarıda adları sadalanan məhsulların standarta və normativ sənədlərin tələblərinə uyğun olmayan məhsul olması barədə iş materiallarında hər hansı sübut yoxdur. Həmin məhsullar Azərbaycan Respublikasının X7ndən müvafiq sertifikatlar alınmaqla qanuni yollarla Azərbaycan Respublikasına gətirilmiş, satışa çıxarılmışdır. Məhsulların yararlılıq müddətinin keçməsi və ya digər şəkildə keyfiyyətsiz olması barədə işdə sübut yoxdur. Əslində o qida məhsulu standarta və normativ sənədlərin tələblərinə cavab verməyən məhsul sayıla bilər ki, onun istehsal yeri məlum olmasın,hansı qaydada istehsal olunması, o cümlədən istehsal edən müəssisə, ölkə, yaxud istehsalçısı məlum olmasın,yararlılıq müddəti keçmiş olsun, tərkibini müəyyən etmək mümkün olmasın. İş materiallarından görünür ki, səlahiyyətli orqanın əməkdaşları məhsulların istehsalçı tərəfindən müəyyən edilən etiket məlumatlarının olub-olmamasını aydınlaşdırmadan məhsulun üzərində dövlət dilinə tərcümə edilmiş etiketin olmamasını qüsur kimi qəbul etmişlər. Halbuki qeyd edilən məhsullar Azərbaycan Respublikasına qanuni üsullarla və lazımi standartlara uyğunluq sertifikatı ilə gətirilmişdir və məhsulların standarta uyğun olmaması ilə bağlı səlahiyyətli orqanda heç bir sübut olmamışdır. Belə olduğu halda əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığı halda, yoxlayıcılar qanunsuz və əsassız olaraq onun guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə yanaşı, həm də Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə 04 dekabr 2024 il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Qida X5-X15 rəis muavini Azad Əlizadə tərəfindən qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbəh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə 1600 manat məbləğində cərimə olunmuşdur. Bundan başqa o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN-**********) məxsus "xxxx" supermarketinin mağaza müdiri yox "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN-**********-39001) məxsus "xxxx" supermarketində mağaza müdiridir. Barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarda o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN-**********) məxsus "xxxx" supermarketinin mağaza müdiri kimi cərimə olunmuşdur. Bu bir daha onu göstərir ki, səlahiyyətli orqanın əməkdaşları hansı mağazada yoxlama apardıqlarını bilmədən onun barəsində protokol tərtib etmişlər. Bununlada belə qənaətə gəlmək olar ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış Çıxarış və Azərbaycan Respublikasının X3 X6 yoxlamanın aparılması haqqında qərarı da düzgün cəmiyyət barəsində qəbul edilməmişdir. Əməlinə düzgün hüquqi qiymət verməyərək, əməlində inzibati xəta tərkibi olmadığı halda qanunsuz və əsassız olaraq protokola əsasən Azərbaycan Respublikası X3 X6 rəis muavini Azad Əlizadənin 17 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” qanunsuz və əsassız qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN-**********) məxsus "xxxx" supermarketinin mağaza müdiri kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və ona 1600 (bir min altı yüz) manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası X3 X6 rəis muavini Azad Əlizadə tərəfindən qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” Qərarının qanunsuz və əsassız olmasını nəzərə alıb, həmin Qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası X3 X6 etibarnamə üzrə nümayəndəsi X13 bildirmişdir ki, Azərbaycan Respublikasının X3 X6 23 noyabr 2024-cü tarixli, MMRB- YP-287 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən "xxxx" MMC-nin Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ünvanında fəaliyyət göstərən pərakəndə satış mağazasında yoxlama keçirilmiş və yoxlamanın nəticəsi kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN-**********) məxsus "xxxx" supermarketinin mağaza müdiri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə 04 dekabr 2024-cü il tarixdə MN ******* nömrəli "İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Mağazada standartların və normativ sənədlərin tələblərinə cavab verməyən malların satılması halına yol verilmişdir. Belə ki, yoxlama zamanı ünvan 3yətli Cəmiyyətinə məxsus "xxxx" supermarketində satış sahəsində və anbar sahəsində havalandırma sistemi quraşdırılmamış, temperaturun monitorinqi və qeydiyyatı aparılmamış, temperaturun ölçülməsi üçün xüsusi cihaz quraşdırılmamış, işçilər gigiyenik təlimə cəlb edilməmiş, üzərində azərbaycan dili olmayan 1 ədəd 300 qramlıq “Bebeto star” əmtəə nişanlı marshmallow, 1 ədəd 10 qramlıq “Hello Kity” əmtəə nişanlı aromatlı marmelat, 5 ədəd 30 qramlıq “Lol Surpresl” əmtəə nişanlı marmelat və s. üzərində etiket tələblərinin pozulması aşkar edilmişdir. Bu da "Yeyinti məhsulları” haqqında qanunun 5-ci və 11-ci maddəsinin tələblərinin pozulması deməkdir. qərarı təsdiq edən şəkillər və çəkilişlər var. Burda Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinə aid digər pozuntular da mövcuddur. Bu pozuntular ünvan ünvan 3yətli Cəmiyyətinə məxsus "xxxx" supermarketdə ticarət obyektinin anbar sahəsində döşəmə və divar səthləri asan təmizlənən və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyün təmin edəcək tərzdə olmamasıdır. Azərbaycan Respublikası X3 X6 etibarnamə üzrə nümayəndəsi X13 yoxlamaya başlamadan öncə mağaza müdiri tərəfindən onlara səhv cəmiyyətin barəsində yoxlama qərarı qəbul edilyini və "xxxx" MMCnin mövcud olmaması barədə onlara bildiriş olunsa idi X10 barəsində inzibati xəta haqqında protokol tərtib edilmədən səhv qərar qəbul edilməsi barədə akt tərtib olunardı. Göstərilənlərin nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini məgkəmədən xahiş etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY242257483 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının X3 X6 xx.xx.2023-cü il tarixli, MMRB-YP-287 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən ünvan 3yətli Cəmiyyətinə məxsus "xxxx" supermarketdə dövlət nəzarəti keçirilmişdir. "Yoxlamanın nəticələri üzrə” qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, yoxlama zamanı ünvan 3yətli Cəmiyyətinə məxsus "xxxx" supermarketdə Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiket və adlar, onlardan isifadə qaydaları barədə izahat vərəqələri, başqa dillərlə yanaşı, azərbaycan dilinə tərcüməsi ilə müşaiyət olunmalı olduğu halda, "xxxx" supermarket tərəfindən idxal olunaraq mağazanın vitrinində satışı həyata keçirilən aşağıda qeyd olunan 1 ədəd 300 qramlıq “Bebeto star” əmtəə nişanlı marshmallow, 1 ədəd 10 qramlıq “Hello Kity” əmtəə nişanlı aromatlı marmelat, 5 ədəd 30 qramlıq “Lol Surpresl” əmtəə nişanlı marmelat və s. malların üzərində azərbaycan dilində məlumatlar qeyd edilməmişdir. Bununla da sahibkar tərəfindən "Yeyinti məhdulları haqqında” Azərbaycan Respublikası qanunun 5-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa həmin qərarda qeyd olunmuşdur ki, mağazanın satış və yardımçı sahəsində anbar müvafiq qaydalarla yerləşdirilmiş və ümumi mübadiləli və öz-özünə (avtonom) müxaniki havalandırma sistemləri quraşdırılmamışdır. Bununla Azərbaycan Respublikası X3 Kollegiyasının 19 saylı qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın 2 nömrəli əlavəsinin 1.6-cı bəndinin tələbləri pozulmuşdur. Həmçinin ticarət obyektində temperaturun monitorinqi və qeydiyyatı aparılmır. Qaydaların 2 nömrəli əlavəsinin 14.3-cü yarımbəndinin tələbləri pozulmuşdur. Ticarət obyektinin anbar sahəsində döşəmə və divar səthləri asan təmizlənən və ya müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edəcək tərzdə deyil, qaydaların 2 nömrəli əlavəsinin 2.0.1-ci yarımbəndinin tələbləri pozulmuş, müəsiisədə çalışan işçilər gigyenik təlimlərə cəlb edilməmişdir. qaydaların 2 nömrəli əlavəsinin 16.0.1ci yarımbəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası X7 X6 rəis muavini Azad Əlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ünvanında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus Bolmart supertmarketdə işçilərin gigiyenik təlimə cəlb edilməməsi, satış sahəsində və anbarda havalandırma sisteminin quraşdırılmaması və mağazada satışı həyata keçirilən məhsulların üzərində azərbaycan dilində məlumatlar mövcud olunmadığından "xxxx" MMC-yə məxsus "xxxx" supermarketin mağaza müdiri X16 Azərbaycan Respublikası İXMnin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan Azərbaycan Respublikası X7 X12 tərəfindən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə tənbeh edilərək 1600 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı işin materallarında olan inzibati xəta haqqında protokoldan, inzibati tənbeh tətbiq etmə haqqında qərardan, yoxlamanının aparılması haqqında qəbul edilmiş qərardan və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışdan görünür ki, səlahiyyətli orqan tərəfindən yoxlamanın aparılmalı olduğu cəmiyyətin hazırda fəaliyyət göstərib-göstərməməsi məsələsi araşdırılmadan mövcud olmayan cəmiyyətə məxsus şəbəkənin mağaza müdirinin barəsində qanunvericiliyinin normalarına düzgün əməl edilməməklə hüququn tətbiqində səhvə yol verilmiş, bu da öz növbəsində düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, iş matreiallarına əlavə olunmuş “mygov” elektron hökümət portalından çıxarılmış iş yerinə dair işçi məlumatlarından görünür ki, işçi X16 ilə işə götürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və Cəlal Həsənov "xxxx"MMC-nin mağazalar şəbəkəsinə mağaza müdiri vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsi xx.xx.2025-ci il tarixədək etibarlıdır. Həmçinin iş materiallarına əlavə olunmuş Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" supermarketinin 35 nömrəli kassa çekində sözügedən supermarketin VÖENİ **********-39001 olması göstərilmişdir. Şikayətə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir ki, sözügedən inzibati xəta haqqında icraat aparılarkən aparılmış yoxlama zamanı aşkar edilmiş nöqsanlara dair inzibati xətanı AR İXM-nin 75.0.3 maddəsinin tələbinə əsasən məhz "xxxx" MMC-yə məxsus "xxxx" supermarketin mağaza müdiri X16 törətməkdə təqsiri sübuta yetirilməmiş, bu barədə tərtib edilmiş qərarlarda "xxxx" MMC-yə məxsus "xxxx" supermarketin mağaza müdiri X16 göstərilməli olduğu halda "xxxx" MMC-yə məxsus "xxxx" supermarketin mağaza müdiri X16 göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən «hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası X7 X12 tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə görə, X17 barəsindəki xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilməli, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 115, 128, 129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM: Şikayət təmin edilsin. X11 Azərbaycan Respublikası İXM-in 447.0.3-cü maddəsi ilə təqsirli bilinib 1600 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası X7 X6 rəis muavini Azad Əlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin və xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar