Məhkəmə qərarları › İş №3(020)-902/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-902/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-902/2023 18.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Beyləqan rayonu Şərq qəsəbəsində özünə məxsus bir ədəd tək lüləli 16 kalibirli, 8669 nömrəli ov tüfəngini müvafiq icra orqanının icazəsi olmadan daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu Şərq qəsəbəsi ərazisində yerləşən otlaq sahəsinə baxmağa gedərkən özünə məxsus ov tüfəngini də özü ilə götürmüşdür. Bu zaman kənd ərazisində xidmətdə olan polis əməkdaşı ona yaxınlaşaraq əlində olan ov tüfənginin muvafiq sənədlərini istəmişdir. O, həmin ov tüfənginin ona babasından yadigar qaldığına görə heç bir sənədlərinin olmadığını polis əməkdaşına bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-ə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində rayonun Şərq qəsəbəsində xidmətdə olduqları zaman həmin kəndin otlaq sahəsində bir nəfər şəxsin əlində mülki ov tüfəngi olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşaraq əlində olan ov tüfənginin müvafiq şəhadətnaməsinin olub-olmadığını soruşmuşdur. Həmin şəxs isə cavabında mülki ov tüfənginin babasından yadigar qaldığını və ona görə də tüfəngin heç bir sənədlərinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd tək lüləli 16 kalibirli, 8669 nömrəli ov tüfəngini və həmin şəxsi rayon polis şöbəsinə gətirmişdir. Rayon polis şöbəsində həmin şəxsin Beyləqan rayonu,SMD-4 qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs olduğu məlum olmuşdur. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd tək lüləli 16 kalibirli, 8669 nömrəli sənədləri olmayan ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar