Məhkəmə qərarları › İş №3(020)-906/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-906/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-906/2023 19.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(036)-1854/2019 saylı, 13 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs əsas borc üzrə 346.67 manat, cərimə borcu üzrə 222.60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb Zərərçəkmiş şəxs MMC-nin xeyirinə verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(036)-1854/2019 saylı, 13 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən ondan əsas borc üzrə 346.67 manat, cərimə borcu üzrə 222.60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb Zərərçəkmiş şəxs MMC-nin xeyirinə verilməlidir. maddi imkanı olmadığından icra sənədi üzrə borcunu ödəyə bilməmiş, ona görə də icra sənədi üzrə borcu bügünədək ödənilməmiş qalmışdır. İcra məmuru tərəfindən ona məxsus mobil telefona zəng edilərək icra şöbəsinə dəvət etdikdən sonra Beyləqan rayon İcra və probasiya şöbəsinə gəlmiş və həmin icra sənədi üzrə borcunu tam ödəməsi tələb olunmuşdur. İcra məmuruna borcundan 300 manat ödəmək imkanının olduğunu, ona vaxt verilərsə qalan borcunu tezliklə hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin icra məmuru onunla razılaşmamışdır. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcundan hazırda 300 manat ödədiyini, qalan borcunu isə tezliklə tam olaraq ödəyəcəyini nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(036)-1854/2019 saylı, 13 dekabr 2019cu il tarixli icra sənədinə əsasən Şəxs əsas borc üzrə 346.67 manat, cərimə borcu üzrə 222.60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb Zərərçəkmiş şəxs MMC-nin xeyirinə verilməlidir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq bugünədək icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu uzun müddət ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmiş, daha sonra isə Şəxs məxsus mobil telefonla əlaqə saxlanılaraq icra şöbəsinə dəvət olunmuşdur. Şəxs icra şöbəsinə gəlmiş, ona hüququ və vəzifələri izah olunmuş, barəsində məhkəmənin qərarı olduğunu və icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. Şəxs icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuş, Şəxs icra sənədi üzrə brcundan 300 manat ödəməyə maddi imkanının çatdığını, qalan borcunu isə tezliklə ödəyəcəyini bildirmişdir. İcra sənədi üzrə borc az məbləğ olduğundan borcun tam olaraq ödənilməsini tələb etmiş və ona görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(036)-1854/2019 saylı, 13 dekabr 2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs əsas borc üzrə 346.67 manat, cərimə borcu üzrə 222.60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb Zərərçəkmiş şəxs MMC-nin xeyirinə verilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs 300 manat pulu tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyirinə ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs icra sənədi üzrə borcunu ödəməməsinə səbəb olaraq maddi imkanının olmadığını göstərir, həmçinin hazırda icra sənədi üzrə borcundan 300 manat tələbkar təşkilatına hesabına ödəyir, qalan borcunu tezliklə tam olaraq ödəyəcəyi barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs maddi imkanı olmadığından ödəniş etməmiş, həmçinin hazırda icra sənədi üzrə borcundan 300 manat tələbkar təşkilatın hesabına ödəmiş, qalan borcunu tezliklə tam olaraq ödəyəcəyi barədə söz vermişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəm ki, yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar