Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-910/2023 01.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, işsiz, subay, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:34 radələrində idarə etdiyi “Vaz 21074” markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, sayrışan işıq siqnallarından istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Vaz 21074” markalı, **-BZ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bəhrəmtəpə yolunun 28-ci kilometrliyində hərəkətdə olan zaman avtomobilin alın şüşəsinə göy-qırmız sayrışan işıqlar qoşmuşdur. Həmin vaxt yolda xidmətdə olan YPX-nin əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş və avtomobilin alın şüşəsinə vurduğu sayrışan işığa görə ona irad tutulmuşdur. Sayrışan işıqların qanuna zidd olmasından xəbəri olmamışdır. Əməlindən peşimandır. Bir daha belə hallara yol verməyəckdir. Barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis şöbəsinə məlumat verilməsinə baxmayaraq, Beyləqan rayon Polis şöbəsi öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə işə Beyləqan rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxıldığını bildirdi. İş materiallarına əlavə edilmiş protokol və inzibati xəta əməlini törətmiş şəxsin məhkəmə iclasında verdiyi izahatla Məhi Hacızadənin sayrışan işıq siqnallarından istifadə etməsi öz təsdiqini tapmışdır. Ona görə də Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 342.9cu maddəsinin tərkibi olduğundan onun həmin maddə ilə təqsirli bilib cəzalandırılmasını qanuna müvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əməlindən peşimançılıq hissi keçirməsini və əməlini səmimi etiraf etməsini nəzərə alaraq hesab hesab edirəm ki, inzibati xəta törədən Şəxs xəta törətdiyi maddənin sanksiyası çərçivəsində sayrışan işıq siqnalları müsadirə edilməklə inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, sayrışan işıq siqnalları müsadirə edilməklə 500 (beş yüz) manat inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-910/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-910/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver