Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-913/2023 04.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Beyləqan rayonu, Milabad kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Milabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, İmişli rayon məhkəməsinin 2(036)-1027/2022 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 15 mart 2021-ci il tarixdən başlayaraq 22 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 180 manat sabit pul məbləğində aliment tutulub X2 verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, İmişli rayon məhkəməsinin 2(036)-1027/2022 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 15 mart 2021-ci il tarixdən başlayaraq 22 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 180 manat sabit pul məbləğində aliment tutulub X2 verilməlidir. İcra sənədi üzrə alimenti hər ay vaxtında ödəmiş, lakin son 5 aydır ki, işləmədiyinə görə maddi imkanı olmamış və aliment ödəyə bilməmişdir. Nəticədə icra sənədi üzrə 900 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən ona çağırış məktubu gəlmiş, bundan sonra rayon İcra və probasiya şöbəsinə gəlmişdir. İcra məmuru ondan icra sənədi üzə aliment borcunu tam olaraq ödəməsini tələb etmiş, aliment borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Hazırda icra sənədi üzrə aliment borcundan 250 manat tələbkara ödəmiş, qalan aliment borcunu tez bir zamanda alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. İkinci qarabağ müharibəsi iştirakçısıdır. Müharibə iştirakçısı olduğuna görə aylıq 80 manat muavinat alır. Başqa qazanc yeri yoxdur. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, İmişli rayon məhkəməsinin 2(036)-1027/2022 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 15 mart 2021-ci il tarixdən başlayaraq 22 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 180 manat sabit pul məbləğində aliment tutulub X2 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə alimenti hər ay vaxtında ödəmiş, lakin son 5 aydır ki, qanuni icra tədbirləri görülməsinə baxmayaraq alimenti ödəməmiş, nəticədə icra sənədi üzrə 900 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, ona hüququ və vəzifələri izah olunmuş, icra sənədi üzrə aliment borcunu ödəməsi tələb olunmuşdur. Şəxs icra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda icra sənədinə üzrə borcundan 250 manat ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. İşdə olan İmişli rayon məhkəməsinin 2(036)-1027/2022 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 15 mart 2021-ci il tarixdən başlayaraq 22 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 180 manat sabit pul məbləğində aliment tutulub X2 verilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs 250 manat pulu tələbkar X1 plastik kart hesabına ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Azər Quliyevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan aliment borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, maddi imkanı olmadığından icra sənədi üzrə alimenti və alimenti ödəmədiyinə görə yaranmış borcunu tam ödəyə bilməmişdir, icra sənədi üzrə aliment borcundan hazırda 250 manat ödəmiş, qalan borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs maddi imkanı olmadığından icra sənədi üzrə aliment borcundan ödəniş edə bilməmiş, lakin hazırki tarixdə isə icra sənədi üzrə 250 manat tələbkarın hesabına ödəmiş, S.Gəncalıyeva ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış və S.Gəncalıyeva Şəxs tərəfindən ona 250 manat ödəniş edildiyini, qalan aliment borcunun hər ay alimentlə birlikdə hissə ödənilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəm ki, yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-913/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-913/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver