Məhkəmə qərarları › İş №3(020)-914/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-914/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-914/2023 04.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Beyləqan rayon Vəkil bürosunun vəkili X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1960-cı ildə Beyləqan rayonu, Şərq qəsəbəsində doğulmuş, ailəli, ali təhsilli, deməsinə görə məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-3003/2017 saylı, 26 oktyabr 2017-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs və X1 müştərək qaydada 440.34 ABŞ dolları əsas borc, 258.53 ABŞ dolları faiz borcu, 189.05 ABŞ dolları cərimə borcu, cəmi 887.92 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-1581/2019 saylı, 28 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 2214.45 manat əsas borc və 70 manat cərimə borcu olmaqla ümumilikdə 2284.45 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-3003/2017 saylı, 26 oktyabr 2017-ci il tarixli məhkəmə əmrinə əsasən ondan və X1 müştərək qaydada 440.34 ABŞ dolları əsas borc, 258.53 ABŞ dolları faiz borcu, 189.05 ABŞ dolları cərimə borcu, cəmi 887.92 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-1581/2019 saylı, 28 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən ondan 2214.45 manat əsas borc və 70 manat cərimə borcu olmaqla ümumilikdə 2284.45 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmənin onun barəsində qəbul etdiyi qərarlardan xəbəri olmamış, ona görə də icra sənədləri üzrə borcunu bu günədək ödəməmişdir. 23 oktyabr 2023-cü il tarixdə ona məxsus mobil telefona icra məmuru tərəfindən zəng edilərək Səxavət Əliyevin işi ilə əlaqədar Beyləqan rayon İcra şöbəsinə dəvət olunmuş, sabahı gün, yəni xx.xx.2023-cü il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinə gəlmişdir. İcra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq barəsində məhkəmənin belə bir qərarlarının olduğu bildirilmiş və icra sənədləri üzrə borclarını ödəməsi tələb olunmuşdur. O, icra şöbəsində izahat verərək məhkəmənin qərarları ilə razı olmadığını, bankın və MKT-nin günahkar olduğunu bildirərək borclarını ödəməyəcəyini bildirmişdir. Həmçinin onlardan məhkəmə qətnamələrini istəmişdir. Hesab edir ki, həmin təşkilatlara borcu yoxdur və ödəmək fikiri də yoxdur. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-3003/2017 saylı, 26 oktyabr 2017ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs və X1 müştərək qaydada 440.34 ABŞ dolları əsas borc, 258.53 ABŞ dolları faiz borcu, 189.05 ABŞ dolları cərimə borcu, cəmi 887.92 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-1581/2019 saylı, 28 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 2214.45 manat əsas borc və 70 manat cərimə borcu olmaqla ümumilikdə 2284.45 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilməlidir. Borclu Şəxs barəsində icra sənədləri üzrə icra tədbirləri görülməsinə baxmayaraq borcundan bu günədək heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs məxsus mobil telefona ilk öncə sms bildiriş, daha sonra isə zəng edərək icra şöbəsinə dəvət etmişdir. Şəxs icra şöbəsinə gəlmiş, ona hüquq və vəzifələri izah olunaraq icra sənədləri üzrə borcunu ödəməsi tələb olunmuş, lakin Şəxs icra şöbəsində izahat verərək məhkəmənin qərarları ilə razılaşmadığını bildirərək icra sənədi üzrə borclarıdan heç bir ödəniş etməyəcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə vermişdir. Həmçinin bildir ki, 2022ci ildə də həmin icra sənədləri ilə əlaqədar Şəxs barəsində məcburigətirmə qərarı vqəbul edərək icrası üçün Beyləqan rayon polis şöbəsinə göndərilmiş, Şəxs Beyləqan rayon PŞ-nin əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmişdir. Şəxs həmin vaxtda da icra şöbəsində izahat verərək məhkəmə qərarlarını icra etməyəcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-3003/2017 saylı, 26 oktyabr 2017-ci il tarixli məhkəmə əmrinədən görünür ki, Şəxs və X1 müştərək qaydada 440.34 ABŞ dolları əsas borc, 258.53 ABŞ dolları faiz borcu, 189.05 ABŞ dolları cərimə borcu, cəmi 887.92 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1581/2019 saylı, 28 noyabr 2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 2214.45 manat əsas borc və 70 manat cərimə borcu olmaqla ümumilikdə 2284.45 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilməlidir. İşdə olan xx.xx.2017-ci il tarixli icra sənədinin könüllü icrası barədə bildirişdən görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində məhkəmənin qərarı olduğu barədə məlumat verilmiş və məhkəmə qərarının könüllü icrası üçün 10 (on) gün könüllü vaxt verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 dekabr 2023-cü il tarixdən, saat 15:19-dan hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 1 (saat) saat üçün 2 (iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili X3 ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar