Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-915/2023 24.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Beyləqan rayonu Eyvazalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Eyvazalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu Eyvazalılar kəndində özünə məxsus bir ədəd tək lüləli, 16 kalibirli 22751 nömrəli, sənədləri olmayan ov tüfəngini müvafiq icra orqanının icazəsi olmadan daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayır, xx.xx.2023-cü il tarixdə yaşadığı Beyləqan rayonu Eyvazalılar kəndində yerləşən otlaq sahəsinə gedən zaman babasından yadigar qalan bir ədəd tək lüləli ov tüfəngini də özü ilə götürmüşdür. Həmin gün axşam saatlarında otlaq sahəsində kəndə tərəf gələn zaman kənd ərazisində xidmətdə olan rayon polis şöbəsinin iki nəfər əməkdaşı ona yaxınlaşaraq əlində olan ov tüfənginin muvafiq sənədlərinin olub-olmamasını ondan soruşmuş, o, polis əməkdaşlarına ov tüfənginin babasından yadigar qaldığına görə heç bir sənədinin olmadığını bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşları ilə birlikdə rayon PŞ-ə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X1 Beyləqan rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində PPXB-nin polis nəfərləri Əzim Əzimzadə və Cəmşid Zeynallı ilə Beyləqan rayonu Eyvazalılar kəndində xidmətdə olduqları zaman həmin ərazidə otlaq sahəsində bir nəfər şəxsin əlində mülki ov olduğunu görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən əlində olan ov tüfənginin muvafiq şəhdaətnaməsinin olub-olmadığını soruşmuşdur. Həmin şəxs əlində olan ov tüfənginə dair heç bir sənədinin olmadığını bildirmişdir. Bu səbəbdən də həmin şəxsi ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd tək lüləli 16 kalibirli 22751 nömrəli sənədləri olmayan ov tüfəngini və həmin şəxsi rayon polis şöbəsinə gətirmişlər. Beyləqan rayon polis şöbəsində həmin şəxsin rayonun Eyvazalılar kənd sakini Şəxs olduğu məlum olmuşdur. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd tək lüləli 16 kalibirli 22751 nömrəli sənədləri olmayan ov tüfəngi müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-915/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-915/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver