Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-920/2023 13.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Şəfəq qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 105, mənzil 7də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları tərəfindən 23 oktyabr 2023-cü il tarixdə, saat 10:00 radələrində Beyləqan şəhəri Magistral küçəsində xidmət apardığı zaman, Şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla qanunsuz fəaliyyəti həyata keçirərkən idarənin əməkdaşlarının qanuni tələbinə baxmayaraq qanunla müəyyən olunmuş sənədləri təqdim etməkdən imtina etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində göstərilən inzibati xəta əməlini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydad məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları tərəfindən 23 oktyabr 2023-cü il tarixdə saat 10:00 radələrində Beyləqan şəhəri Magistral küçəsində xidmət apararkən, Şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla qanunsuz fəaliyyət həyata keçirərkən idarənin əməkdaşlarının qanuni tələbinə baxmayaraq qanunla müəyyən olunmuş sənədləri təqdim etməkdən imtina etmişdir. Şəxs inzibati xətanı törətməsi iş materialları ilə bir daha təsdiq olunur. Beləliklə məhkəmə iclasında Şəxs oğlunun 23 oktyabr 2023-cü il tarixdə, saat 10:00 radələrində Beyləqan şəhəri Magistral küçəsində xidmət aparan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşlarının qanuni tələbinə əməl etməməsi kifayət qədər sübuta yetmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-920/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-920/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver