Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-920/2025 27.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin icraatına Beyləqan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 20 avqust 2025-ci il tarixli İXP seriyalı № 27689125 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 02 may 2025-ci il tarixdə (EQ27689125 №-li protokol) Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Beyləqan rayon Polis Şöbəsinə və Şəxs lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Beyləqan rayon Polis Şöbəsinin nümayəndəsinin və Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş “AsanPay” X1 çıxarışdan görünür ki, EQ27689125 nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış qərar üzrə cərimə tam ödənilmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin Qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-920/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-920/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver