Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-921/2023 14.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Beyləqan rayonu Şərq qəsəbəsində anadan olmuş, işsiz, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu Şərq qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 08 avqust 2023-cü il tarixdə saat 19:27 radələrində ST.Mingəçevir-Bəhrəmtəpə yolunun 140-cı kilometrliyinin Beyləqan rayonunun Şərq qəsəbəsindən keçən hissəsində özünə məxsus iri buynuzlu heyvanları yol kənarında aparan zaman heyvanlardan biri qəfl yola çıxmış və həmin vaxt magistral yolda hərəkətdə olan “Qazel” yük markalı, 10NO-731 dövlət qeydiyyat nömrə nişanlı avtomobil yoluna çıxan heyvanı vuraraq qəza törətmiş, qəza zamanı avtomobilin sahibinə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində özünə məxsus olan “Qazel” markalı, **-NO-*** d/q nişanlı yük avtomobili ilə ST.Mingəçevir-Bəhrəmtəpə yolunun 140-cı kilometrliyində Bəhrəmtəpə istiqamətində hərəkətdə olan zaman qəfldən bir baş iribuynuzlu heyvan yola çıxmış və məsafə yaxın olduğundan avtombili saxlaya bilməmiş və nəticədə maşınla iribuynuzlu heyvanı vuraraq öldürmüşdür. Hadisə zamanı avtomobilinə ciddi zərər dəymişdir. Qəza zamanı avtomobildə tək olmuş və heç bir xəsarət alan olmamışdır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 avqust 2023-cü il tarixdə saat 19:27 radələrində ST.Mingəçevir-Bəhrəmtəpə yolunun 140-cı kilometrliyinin Beyləqan rayonunun Şərq qəsəbəsindən keçən hissəsində özünə məxsus iri buynuzlu heyvanları yol kənarında aparan zaman heyvanlardan biri qəfl yola çıxmış və həmin vaxt magistral yolda hərəkətdə olan “Qazel” yük markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yoluna çıxan heyvanı vuraraq qəza törətmiş, qəza zamanı avtomobilin sahibinə maddi zərər dəymişdir. Qəza zamanı X1 idarə etdiyi avtomobilə maddi zərər dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli alkotester muayinəsi qəbzindən görünür ki, X2 avtomobili idarə edən zaman sərxoş vəziyyətdə olmamışdır. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, xüsusiyyətlərini onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmişlə dəymiş zərər barədə öz aralarında razılığa gəlməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-921/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-921/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver