Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-922/2023 13.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cu ildə Laçın rayonu Malıbəy kəndində anadan olmuş, işsiz, orta təhsilli, ailəli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 19:45 radələrində St. Mingəçevir- Bəhrəmtəpə yolunun 145-ci kilometrliyinin Beyləqan rayonunun Şərq qəsəbəsindən keçən hissəsində özünə məxsus xırda buynuzlu heyvanları otlaq sahəsindən kəndə aparan zaman xırda buynuzlu heyvanlardan bir neçəsi magistral yola çıxmış və həmin vaxt magistral yolda hərəkətdə olan “Mercedes” markalı X1 avtomobili yola çıxan heyvanları vuraraq avtomobilin əzilməsinə səbəb olmuş, yəni avtomobilin sahibinə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, Laçın rayonu Malıbəy kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu Şərq qəsəbəsində yaşayır, heç bir yerdə işləmir, fərdi təsərüffat işləri və heyvandarlıqla məşğul olur. 06 sentyabr 2023-cü il tarixdə, saat 19:45 radələrində özünə məxsus xırdabuynuzlu heyvanları otlaq sahəsindən kəndə, yəni evinə aparan zaman heyvanlardan bir neçəsi magistral yola qaçmışdır. Həmin vaxt magistral yolda hərəkətdə olan “Mercedes” markalı X1 avtomobili ona məxsus heyvanları vuraraq öldürmüşdür. Hadisədən sonra “Mercedes” markalı X1 avtomobilinin Ağcabədi Mərkəzi xəstənasına məxsus olduğu, avtomobilin sürücüsünün isə Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. Hadisə zamanı həm ona həmdə avtomobilə maddi ziyan dəymişdir. Avtomobilə dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Hadisə zamanı başqa xəsarət alan olmamışdır. Barəsində qanuni qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə hazırki işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 19:45 radələrində St. Mingəçevir-Bəhrəmtəpə yolunun 145-ci kilometrliyinin Beyləqan rayonunun Şərq qəsəbəsindən keçən hissəsində özünə məxsus xırda buynuzlu heyvanları otlaq sahəsindən kəndə aparan zaman xırda buynuzlu heyvanlardan bir neçəsi magistral yola çıxmış və həmin vaxt magistral yolda hərəkətdə olan “Mercedes” markalı X1 avtomobili yola çıxan heyvanları vuraraq avtomobilin əzilməsinə səbəb olmuş, yəni avtomobilin sahibinə maddi zərər dəymişdir. Qəza zamanı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi zərər dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli alkotester muayinəsi qəbzindən görünür ki, Zərərçəkmiş şəxs avtomobili idarə edən zaman sərxoş vəziyyətdə olmamışdır. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, xüsusiyyətlərini onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri ödəməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-922/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-922/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver