Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-923/2023 14.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Yardımlı rayonu Bərcan kəndində anadan olmuş, işsiz, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Bünyadlı kəndində yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 22:38 radələrində Aran Mingəçevir- Bəhrəmtəpə yolunun 151-ci kilometrliyinin Beyləqan rayonunun Bünyadlı kəndindən keçən hissəsində özünə məxsus xırda buynuzlu heyvanları yolun bir tərəfindən digər tərəfinə keçirən zaman həmin vaxt magistral yolda hərəkətdə olan “Vaz 21154” markalı, **-NK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yola çıxan heyvanları vuraraq avtomobilin əzilməsinə səbəb olmuş, yəni avtomobilin sahibinə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, Yardımlı rayonu Bərcan kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu Bünyadlı kəndində yaşayır, heç bir yerdə işləmir, fərdi təsərüffat işləri və heyvandarlıqla məşğul olur. 07 sentyabr 2023-cü il tarixdə, saat 18:10 radələrində xırdabuynuzlu heyvanları yolun bir hissəsindən digər hissəsinə keçirən zaman magistral yolda hərəkətdə olan “Vaz 21154” markalı, **-MK-*** dövlət qeydiyyat nömrə nişanlı xırda buynuzlu heyvan sürüsünün içindən keçərək heyvanlardan bir neçəsini vuraraq öldürmüşdür. Hadisədən sonra “Vaz 21154” markalı, -NK-975 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün Biləsuvar rayon sakini, Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. Hadisə zamanı həm ona həmdə avtomobilə maddi ziyan dəymişdir. Dəymiş zərərlə bağlı Zərərçəkmiş şəxslə öz aralarında razılığa gəlmişlər. Hadisə zamanı başqa xəsarət alan olmamışdır. Barəsində qanuni qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Zərərçəkmiş şəxs məhkəməyə telegram göndərərək təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hazırki işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 22:38 radələrində Aran Mingəçevir-Bəhrəmtəpə yolunun 151-ci kilometrliyinin Beyləqan rayonunun Bünyadlı kəndindən keçən hissəsində özünə məxsus xırda buynuzlu heyvanları yolun bir tərəfindən digər tərəfinə keçirən zaman həmin vaxt magistral yolda hərəkətdə olan “Vaz 21154” markalı, **-NK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yola çıxan heyvanları vuraraq avtomobilin əzilməsinə səbəb olmuş, yəni avtomobilin sahibinə maddi zərər dəymişdir. Qəza zamanı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi zərər dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli alkotester muayinəsi qəbzindən görünür ki, Zərərçəkmiş şəxs avtomobili idarə edən zaman sərxoş vəziyyətdə olmamışdır. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, xüsusiyyətlərini onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmişlə dəymiş zərər barədə öz aralarında razılığa gəlməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-923/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-923/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver