Məhkəmə qərarları › İş №3(020)-93/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-93/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-93/2024 30.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Beyləqan rayonunda anadan olmuş, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu 2-ci Aşıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Beyləqan rayon PŞ-nin inzibati binasında və inzibati binanın qarşısında ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bildi və izahat verərək göstərdi ki, Beyləqan rayonu 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda daimi yaşayır. Vətən müharibəsi iştirakçısıdır. xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən “Qamışlıq” adlanan kafenin qarşısında özünə məxsus “Vaz 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman d/q nömrəsi 633 olan Beyləqan rayon PŞ-nin YPX-nin avtomobili ona saxla işarəsi vermiş, o, avtomobili saxlamış və YPX-nin əməkdaşı Ələhim Zalov ona yaxınlaşaraq özünü təqdim etmiş və ona idarə etdiyi avtomobilin arxa yaylarının kəsik, yəni standartlara uyğun olmadığını irad bildirərək avtomobilin duracağa getməli olduğunu bildirmişdir. O, avtomobili polis şöbəsinin duracağına sürərək avtomobilin duracaqda durmasını təmin emiş və polis əməkdaşları ilə birlikdə PŞ-nin inzibati binasına getmişdir. PŞ-nin inzibati binasında olan zaman ona 600 (altı yüz) manat cəriməsinin olduğu bildirilərək həmin cərimənin ödənilməsi tələb olunmuşdur. O, həmin məbləği ödəmək üçün maddi imkanının olmadığını bildirmiş, polis əməkdaşları isə cəriməni ödəmədiyi və konstruksiya dəyişikliyini aradan qaldırmadığı halda avtomobili duracaqdan götürə bilməyəcəyini ona bildirmişlər. Bu zaman əsəbləşərək otaqdan kalidora çıxmış və polis şöbəsinin inzibati binasında ucadan ünvansız nalayiq ifadələr işlədə-işlədə polis şöbəsinin inzibati binasının qarşısına çıxmış və orada da ünvansız söyüşlər söymüşdür. Bu zaman PŞ-nin növbətçi hissəsində xidmət edən və digər polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, ona söyüş söyməməsini bildirmişdir. O, isə polislərə məhəl oymamışdır. Həmin vaxt əsəbi vəziyyətdə olduğundan özündə olmamışdır. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12:22 radələrində Beyləqan rayonu Magistral küçəsində YPX inspektoru polis baş serjantı Sülhəddin Heydərovla xidmətdə olarkən “Vaz 21074” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin arxa yaylarında konkstruksiya dəyişikliyi etdiyi üçün onun tərəfindən saxladılmışdır. Yoxlama zamanı sürücü Şəxs avtomobili sürücülük hüququ olmadan və ödənilməyən cərimələri olduğu halda idarə etməsi məlum olmuşdur. Onlar avtomobili rayon PŞ-nin mühafizə olunan duracağına tmin edərək sürücünün barəsində protokol tərtib etmiş və sürücünün iştirakı ilə saxlanc barədə akt tərtib edərək avtomobili təhvil götürmüşlər. Sürücü Şəxs avtomobili cəriməsini ödəmədən hal-hazırki vəziyyətində duracaqdan çıxarmaq istədiyini bildirmişdir. O, Şəxs avtomobildə olan konstruksiya dəyişikliyini aradan qaldırdıqdan və cərimələrini ödədikdən sonra sürücülük hüququ olan şəxslə gələrək avtomobilini mühafizə olunan duracaqdan çıxara biləcəyini bildirdikdə sürücü Şəxs ünvansız nalayiq söyüşlər işlətməyə başlamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs onların sözünə məhəl qoymadan öz hərəkətlərinə davam edərək ictima qaydanı pozmuşdur. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində Beyləqan rayon PŞ-nin inzibati binasında və inzibati binanın qarşısında ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və şahidin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hadisədən sonra peşmançılıq hissi küçirməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar