Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-939/2023 31.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Beyləqan rayonu Eyvazalılar kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, deməsinə görə məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu Eyvazalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs 30 oktyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində Beyləqan rayonu Eyvazalılar kəndində yaşadığı evin qarşısında ünvansız nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xəta əməlini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, 30 oktyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində Beyləqan rayon Eyvazalılar kəndində yerləşən evlərində olan zaman iki nəfər şəxs onu çağırmış, o, yaşadığı evin həyət darvazasının qarşısına çıxmışdır. Həmin vaxt mülki geyimdə iki nəfər şəxs özlərini təqdim edərək kənd ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli şəxs qismində onlarla birlikdə rayon PŞ-nə getməli olduğunu ona bildirdilər. Həmin vaxt polis əməkdaşlarına oğurluqla onun heç bir əlaqəsinin olmadığını bildirərək PŞ-nə getməyəcəyini bildirmiş və əsəbləşərək küçədə ünvansız nəlayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, həmin vaxt aqressivlik göstərmiş, öz hərəkətlərini davam etdirərkən polis əməkdaşları onu sakitləşdirmişlər. Hazırda hərəkətlərindən peşimandır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu Eyvazlılar ərazisində baş vermiş cinayət faktı ilə əlaqədar şübhəli olan əslən Beyləqan rayonu Eyvazalılar kəndindən olan olan Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində Beyləqan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili X2 ilə birlikdə rayon PŞ-nə dəvət edən zaman Şəxs səbəbsiz olaraq ünvansız nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət edərək nəlayiq ifadələr işlətməməsini bildirmişlər. Lakin Şəxs öz hərəkətlərinə davam etmiş, sakitləşmək istəməmiş, ictimai qaydanı pozararaq oradan olan şəxslərin narahatçılığına səbəb olmuşdur. Ona görə də Şəxs sakitləşdirib rayon polis şöbəsinə gətrərək növbətçi hissəyə təhvil vermişlər. Sonra onun hərəkətləri barədə rayon PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X4 ilə eyni məzmunda izahat verərək Z.Hacıyevin izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 oktyabr 2023cü il tarixdə, saat 18:30 radələrində Beyləqan rayonu Eyvazalılar kəndində yaşadığı evin qarşısında ünvansız nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs 30 oktyabr 2023-cü il tarixdə Beyləqan rayon PŞ-nin inzibati binasında rayon PŞ-nə gətirilməsinə etiraz olaraq ucadan nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Onun hərəkətləri iş materialları ilə yanaşı, özünün və şahidlərin izahatları ilə təsdiq edilmişdir. Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlindən səməmi peşmançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. İş materiallarından görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 20:00-da tutma protokolu tərtib edilmişdir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117 ,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 30 oktyabr 2023-cü il tarixdən, saat 20:00-dan hesablansın. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-939/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-939/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver