Məhkəmə qərarları › İş №3(020)-94/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-94/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-94/2024 28.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1984-cü il İmişli rayonu, Murğuzallı kəndində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu “Boz qobu” adlanan ərazisində elektrik cərəyanı ilə balıq tutaraq və ov silahı ilə ov etməklə ov qaydalarını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci və 272.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, **-BJ-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillə həmyerliləri seyid Kənan adı ilə tanınan şəxs və cimi kimi çağırılan İmişli rayon sakini ilə birlikdə ona məxsus “Huqlu” markalı, 12 kalibirli 16-A-6940 nömrəli müvafiq şəhadətnaməsi olan ov tüfəngi ilə Beyləqan rayonu “Boz qobu” adlanan ərazisinə quş ovlamaq və elektrik cərəyanı ilə balıq ovlamaq məqsədi ilə getmişlər. Onlar həmin ərazidə ev edərkən ekologiyanın əməkdaşlarının onlara yaxınlaşdığını görmüş, bu zaman onunla gələn yoldaşları ekologiyanın əməkdaşlarının onları çağırmağına məhəl qoymamış və qayığa minərək oradan uzaqlaşmışlar. O, isə ekologiyanın işçilərinə yaxınlaşmışdır. Elektrik cərəyanını onunla gələn yoldaşları qayığa qoyaraq oradan uzaqlaşmışlar. Ekologiyanın əməkdaşları onları orada aşkar edən zaman əraziyə yeni gəldiklərindən heç bir ov etməmişlər. Saxlanılan zaman onun üzərində bir ədəd “Huqlu” markalı, 12 kalibirli 16-A- 6940 nömrəli müvafiq şəhadətnaməsi olan ov tüfəngi aşkar olunmuşdur. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, brakonyerlik hallarının qarşısının alınması məqsədi ilə idarənin xidməti ərazisində xx.xx.2024-cü il tarixində gecə saatlarında nümayəndəsi olduğu idarənin əməkdaşları tərəfindən keçirilən reyd zamanı xidməti əraziyə aid olan Beyləqan rayon inzibati ərazisinə daxil olan “Boz qobu” adlanan qamışlıq ərazidə ov edilməsi halı müşahidə edilmiş, həmin əraziyə yaxınlaşan zaman ov edilən ərazinin yaxınlığında bir ədəd **-BJ-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin dayandığı sıx qamışlıq ərazidə 3 nəfər şəxsin qayıqdan istifadə edərək elektrik cərəyanı ilə balıq ovladıqları aşkar olunmuşdur. Qayıqda olan 3 nəfər şəxsdən biri ov silahı ilə ov etməsi halı aşkar olunmuşdur. Həmin şəxslər idarənin əməkdaşlarının həmin əraziyə yaxınlaşdığını gördükdən sonra onlardan biri ov silahı ilə onların olduğu yerə yaxınlaşmış, digər 2 nəfər isə sutqanın qaranlıq vaxtının olmasından və ərazinin sıx qamışlıq olmasından istifadə edərək qayıq vasitəsi ilə ərazidən uzaqlaşmışlar. Sözügedən silahlı şəxslə aparılan danışıqlar zamanı onun İmişli rayonu Murğuzallı kənd sakini Şəxs olduğu, ov silahının ona məxsus “Huqlu” markalı, 12 kalibirli, 16-A-6940 nömrəli ov silahı olduğu məlum olmuşdur. Şəxs yazılı izahat verərək həmin əraziyə ona məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil ilə seyid Kənan adı ilə tanınan həmyerlisi və cimi kimi çağırılan digər həmyerlisi ilə birlikdə özünə məxsus “Huqlu” markalı, 12 kalibirli, 16-A-6940 nömrəli ov silahı ov etmək və elektrik cərəyanı ilə balıq ovlamaq üçün gəldiklərini, ekologiyanın əməkdaşlarının əraziyə gəldiklərini gördükdən sonra digər yoldaşlarının həmin elektrik cərəyanını qayığa qoyaraq ərazidən kənarlaşdığını bildirmişdir. Həmin vaxt ərazinin yaxınlığına keçirilən baxış zamanı ərazidə bir ədəd **-TN-*** dövlət qeydiyyat nişanlı “Mitsubuşi pikap” markalı avtomobilin dayandığı müəyyən edilmişdir. Sözügedən pikap avtomobilinin dayandığı yerin yaxınlığında “Boz qobu” adlanan ərazidə 2 nəfər şəxsin qayıqdan istifadə edərək işıq fanarları ilə ərazidə hərəkət edərək balıq ovladıqları müşahidə edilmişdir. Həmin şəxslərlə aparılan danışıqlar zamanı onların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları olduqlarını bildikdən sonra özləri ilə gətirdikləri bəzi ov alətlərini sıx qamışlıq ərazidə gizlədərək sudan kənara çıxmışlar. Həmin şəxslərin istifadə etdiyi qayığa baxış keçirilən zamanı qayıqda 1 ədəd akkumluyator, 2 ədəd qayıq çəkmək üçün kürək, 2 ədəd elektrik cərəyanı ilə işləyən işıq fənərləri olduğu müəyyən olunmuşdur. Aparılan araşdırmalar zamanı həmin şəxslərin İmişli şəhər, N.ünvan 1ünvanında yaşayan X1 və İmişli şəhəri Qədir İsmayılzadə küçəsi ev 164-də yaşayan Şəxs olduqları müəyyən olunmuşdur. Bu barədə yazılı izahat verən İ.Səfərov həmin ərazidə venterlə balıq ovladığını, ekologiya əməkdaşları gəldikdən sonra sudan kənara çıxdığını, M.Hümbətov da yazılı izahat verərək həmin ərazidə venterlə balıq ovladıqlarını bildirmişdir. Onlarla aparılan söhbətlər zamanı balıq ovlamaq üçün istifadə etdikləri venterləri suyun axınına düşərək axdığı üçün əməkdaşlara təqdim edə bilməyəcəklərini bildirmişlər. Qanunsuz ov edilən əraziyə baxış keçirilən zamanı ərazidə digər ov alətlərinin müəyyən etmək mümkün olmamış, ərazidən çəkilmiş fotoşəkillər və tərtib edilmiş akt iş materiallarına əlavə edərək həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşdə olan 22 yanvar 2024-cü il tarixli, 83565 nömrəli aktdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu “Boz qobu” adlanan ərazisində elektrik cərəyanı ilə balıq tutaraq və ov silahı ilə ov etməklə ov qaydalarını pozmuşdur. Beləliklə də Şəxs elektrik cərəyanı ilə balıq tutaraq və ov silahı ilə ov etməklə ov qaydalarını pozması, özünün və nümayəndənin izahatı, iş materiallarına əlavə olunmuş fotoşəkillər və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktla kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci və 272.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsini, nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci və 272.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İXM-nin 272.3-cü maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci və 272.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs məxsus bir ədəd “Huqlu” markalı, 12 kalibirli 16-A-6940 nömrəli müvafiq şəhadətnaməsi olan ov tüfəngi Şəxs qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar