Məhkəmə qərarları › İş №3(020)-940/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-940/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-940/2023 31.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Beyləqan rayonunda anadan olmuş, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu SMD-4 qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-122/2023 saylı, 05 may 2023cü il tarixli icra sənədinə əsasən 05 may 2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər bir uşağa görə sabit pul məbləğində 70 manat və cavabdehin qazancının və digər gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün X1 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-122/2023 saylı, 05 may 2023-cü il tarixli icra sənədinə əsasən 05 may 2023-cü il tarixdən başlayaraq ondan hər ay hər bir uşağa görə sabit pul məbləğində 70 manat və onun qazancının və digər gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə alimenti əvvəllər vatında ödəmiş, lakin sonradan maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə 1000 manat aliment borcu yaranmışdır. Hazırda maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilmir. Gündəlik fərdi işlərlə yəni, fəhləliklə məşğul olur və qazancı özünə ancaq kifayət edir. Ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-122/2023 saylı, 05 may 2023-cü il tarixli icra sənədinə əsasən 05 may 2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər bir uşağa görə sabit pul məbləğində 70 manat və cavabdehin qazancının və digər gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün X1 verilməsi qət edilmişdir. Şəxs əvvəllər icra sənədi üzrə alimenti ödəmiş, lakin sonradan Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq icra sənədi üzrə alimentdən heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 1000 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş. Ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə aliment borcunu ödəməi tələb olunmuşdur. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-122/2023 saylı, 05 may 2023-cü il tarixli icra sənədindən görünür ki, 05 may 2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər bir uşağa görə sabit pul məbləğində 70 manat və cavabdehin qazancının və digər gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün X1 verilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 31 oktyabr 2023-cü il tarixdən, saat 17:40-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar