Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-947/2023 02.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində idarə etdiyi avtomobildə sənədləri olmayan ov tüfəngini müvafiq icra orqanının icazəsi olmadan daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində çöl torpaq sahəsini suvarmaqdan qayıdarkən özünə məxsus “Mercedes Benz” markalı avtomobili dövlət qeydiyyat nömrə nişanı olmadan idarə etdiyinə görə yolda xidmətdə olan YPX-nin əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. O, idarə etdiyi avtomobili saxlamış, avtomobildən düşərək polis əməkdaşlarına yaxınlaşaraq maşında uşaq olduğunu və həmin uşağı evə düşürdüb qaydacağını polis əməkdaşlarına bildirmişdir. Lakin polis əməkdaşları onunla razılaşmamış, ona məxsus avtomobilə baxış keçirən zaman avtombildə bir ədəd “İJ” markalı 16 kalibirli, qoşa lüləli, N1021215 nömrəli ov tüfəngi avtomobilin arxa oturacağında olmuşdur. Polis əməkdaşları ondan həmin ov tüfənginin muvafiq şəhdaətnaməsinin olub-olmamasını soruşmuşdur. O, həmin ov tüfənginin ona atasından yadigar qaldığına görə heç bir sənədlərinin olmadığını polis əməkdaşına bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-ə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-nin 12-ci tağımının YPX inspektoru polis baş serjantı X1 Beyləqan rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Beyləqan rayonunun Daşburun adlanan ərazisində BDYPİ-nin yol patrul xidməti alayının 12-ci tağımının baş inspektoru polis baş leytenantı X3 ilə birlikdə xidmətdə olduqları zaman “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrələri olmadığı üçün saxlanılmasını tələb etmişlər. Həmin şəxs, yəni sonradan kimliyi onlara məlum olmuş Şəxs ilk öncə nəqliyyat vasitəsini saxlasa da, sonradan onların qanuni tələblərinə tabe olmamış və həmin ərazidən uzaqlaşmağa cəhd etmişdir. Lakin onlar nəqliyyat vasitəsini saxlamışlar. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman 1 ədəd İJ markalı, 16 kalibirli, qoşa lüləli, N1021215 nömrəli mülki ov silahı aşkarlanmışdır. Həmçinin avtomobilin qeydiyyat nömrə nişanları olmamışdır. Bu səbəblə həmin şəxs Şəxs saxlayaraq Beyləqan rayon PŞnə gətirmişlər. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd “İJ” markalı 16 kalibirli, qoşa lüləli, N1021215 nömrəli sənədləri olmayan ov tüfəngi müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-947/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-947/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver