Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-948/2023 02.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində doğulmuş, fərdi əməklə məşğul olan, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində Beyləqan rayonu Daşburun ərazidindən küçən magistral yolda Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə məhəl qoymayaraq xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində çöl torpaq sahəsini suvarmaqdan qayıdarkən özünə məxsus “Mercedes Benz” markalı avtomobili dövlət qeydiyyat nömrə nişanı olmadan idarə etdiyinə görə yolda xidmətdə olan YPX-nin əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. O, idarə etdiyi avtomobili saxlamış, avtomobildən düşərək polis əməkdaşlarına yaxınlaşaraq maşında uşaq olduğunu və həmin uşağı evə düşürdüb qaydacağını polis əməkdaşlarına bildirmişdir. Lakin polis əməkdaşları onunla razılaşmamışdır. Ona görə də YPX-nin əməkdaşarı ilə arasında mübahisə yaranmış və polis əməkdaşarı onu nizam-intizama dəvət etmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə mindirərək rayon PŞ-nə gətirmişlər. Əməlindən peşimandır. Hadisə zamanı əsəbi vəziyyətdə olduğundan özündə olmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon polis şöbəsinin İTB-nin polis sahə nəfəri polis mayoru X4 izahatında göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə Beyləqan rayon PŞ-nə daxil olmuş raportla əlqədar araşdırma aparılmış, araşdırma zamanı Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Beyləqan rayonunun Daşburun adlanan ərazisində hərəkətdə olan zaman idarə etdiyi avtomobili dövlət qeydiyyat nömrə nişanı olmadan idarə etdiyinə görə ərazidə xidmətdə olan BDYPİ-nin Yol Patrul Xidməti Alayının 12-ci tağımının inspektoru polis serjantı X2 tərəfindən saxla əmri verilmiş, Şəxs avtomobili saxlasa da sonradan onların qanuni tələblərinə tabe olmamış və həmin ərazidən uzaqlaşmağa cəhd etmişdir. Həmçinin saxlanılarkən avtomobildə qanunsuz ov silahı aşkar edilmişdir. Sürücü Şəxs saxlanılaraq Beyləqan rayon PŞ-nə gətirilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-nin 12-ci tağımının YPX inspektoru polis baş serjantı X1 izahatından görünür ki, xx.xx.2023cü il tarixdə, saat 10 radələrində Beyləqan rayonunun Daşburun adlanan ərazisində BDYPİ-nin yol patrul xidməti alayının 12-ci tağımının baş inspektoru polis baş leytenantı X5 ilə birlikdə xidmətdə olduqları zaman “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrələri olmadığı üçün saxlanılmasını tələb etmişlər. Həmin şəxs, yəni sonradan kimliyi onlara məlum olmuş Şəxs ilk öncə nəqliyyat vasitəsini saxlasa da, sonradan onların qanuni tələblərinə tabe olmamış və həmin ərazidən uzaqlaşmağa cəhd etmişdir. Lakin onlar nəqliyyat vasitəsini saxlamışlar. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman 1 ədəd İJ markalı, 16 kalibirli, qoşa lüləli, N1021215 nömrəli mülki ov silahı aşkarlanmışdır. Həmçinin avtomobilin qeydiyyat nömrə nişanları olmamışdır. Bu səbəblə həmin şəxs Şəxs saxlayaraq Beyləqan rayon PŞ-nə gətirmişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində Beyləqan rayonu Daşburun ərazidindən küçən magistral yolda Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə məhəl qoymayaraq xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafı, şahidin izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini,törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb Şəxs təqsirləndirildiyi maddənin sanksiyası daxilində aşağı həddə inzibati həbs təyin edilməsini qanuna müvafiq hesab edirəm. İş materiallarından və məhkəmədəki izahatlardan müəyyən olunmuşdur ki, hazırki hadisə ilə bağlı Şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayon PŞ-nə gətirilmiş və həmin vaxtdan orada saxlanılmışdır. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 noyabr 2023-cü il tarixdən saat 11:00-dan hesablansın Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-948/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-948/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver