Məhkəmə qərarları › İş №3(020)-949/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-949/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-949/2023 11.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Beyləqan şəhəri, Babək küçəsi, ev *9 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 50000.00 ABŞ dolları məbləğində vəsaiti 08 oktyabr 202*-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 50000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzürlü səbəb göstərmədən öz nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan materiala baxmağı mümkün hesab etdi. İşə əlavə edilmiş sənədlərdən görünür ki, 26 avqust 202*-ci il tarixli müqavilə "xxxx" MMC və «ENDER YAPİSAL ALÜMİNYUM SAN VƏ TİC» şirkəti arasında türk dilində bağlanmış, tərəflər müqavilənin şərtlərini qəbul etmiş və imzaları ilə təsdiq etmişlər. Həmçinin köçürmə haqqında ərizə Azərbaycan dilində tərtib edilmişdir. Pulun köçürülməsi 08 oktyabr 202*-ci il tarixdə "xxxx" ASC vasitəsi ilə həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 08 oktyabr 202*-ci il tarixli köçürmədən görünür ki, "xxxx" MMC tərəfindən həmin tarixdə "xxxx" vasitəsi ilə Türkiyə Cümhuriyyətində yerləşən «ENDER YAPİSAL ALÜMİNYUM SAN VƏ TİC» şirkətinin hesabına 50000.00 ABŞ dolları vəsait köçürülmüşdür. İş materiallarına əlavə olunmuş pul köçürmələrinə dair YGB 0*2**000350962 olan məlumat sənədinin 44-cü qrafasında əks olunmuş məlumatlardan görünür ki, məhkəməyə təqdim edilən gömrük bəyannaməsi "xxxx" MMC-nin hesabından 08 oktyabr 202*-ci ildə xaricə köçürülmüş 50000.00 ABŞ dolları ilə bağlı nəzərdə tutulan malların idxalı ilə bağlı olmuşdur. "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi *3 sentyabr 202*-ci il tarixli, 0*2**00030*083 nömrəli gömrük bəyannaməsindən görünür ki, 50000.00 ABŞ dolları dəyərində malların Azərbaycana gətirilməsi təmin edilmiş və həmin mallar gömrük orqanında bəyan edilmişdir. Bu hal həmin məhsulların Azərbaycan Respublikası Beyləqan rayon, Babək küçəsi ev *9-da yerləşən "xxxx" MMC-nin ünvanına «ENDER YAPİSAL ALÜMİNYUM SAN VƏ TİC» şirkəti tərəfindən göndərilməsi ilə bağlı malların qablaşdırılması vərəqi ilə də təsdiq olunur. Beləliklə məhkəməyə təqdim olunmuş bəyənnamələr və bankdan icra olunan vəsaitlərin birgə araşdırması zamanı məlum olunmuşdur ki, ölkədən çıxarılan vəsaitin müqabilində muvafiq mallar tam həcmdə ölkəyə idxal olunmuş, malların miqdarı, çeşidi eyniləşdirilmiş və eyni zamanda həmin bəyənnamənin elektron hökümət portalında təsdiq olunması sübuta yetirilmişdir. Bu səbəbdən də "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkibinin olması müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.*.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəm ki, hazırkı vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 430.4-cü maddəsinin tərkibi yoxdur, ona görə də inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.*.2,**2, **4, **5, **7, *28-*30-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icrata xitam verilsin. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar