Məhkəmə qərarları › İş №3(020)-95/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-95/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-95/2024 31.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Beyləqan rayonu, 2-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saat 19:05 radələrində Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qardaşı Şəxs məxsus sexin qapısını və təhlükəsizlik kamerasını sındıraraq ona 320 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. X7 onun oğludur. O, 3 ildir arvadı X3 ilə boşanmışdır. X13 anası Nargilə İbrahimova ilə birlikdə Bakı şəhərində yaşayır. Təxminən 1 ay bundan öncə azyaşlı X13 Bakı şəhərindən gələrək onunla birlikdə yaşayır. O, Beyləqan rayon 2-ci Şahsevən kənd ərazisində qardaşı Zərərçəkmiş şəxs məxsus tamet sexində usta işləyir. Eyni zamanda həmin işlədiyi tamet sexində qalır. Onun tamet sexində işlədiyi zəhmət haqqını qardaşı Zərərçəkmiş şəxs X1 verir. xx.xx.2023-cü il tarixdə axşam saat 19:00 radələində anası Gülxara Süleymanovadan pivə içmək üçün 10 manat pul istəmiş, lakin anası Gülxara Süleymanova ona 10 manat pul verməmiş, bu səbəbdən anası Gülxara Süleymanova ilə aralrında sözlü mübahisə yaranmış, xx.xx.2023-cü il tarixdə səhər saat 07:00 radələrində işlədiyi tamet sexindən çıxaraq Beyləqan rayon 1-ci Şahsevən kənd ərazisndə marketə gedərək 1 ədəd araq alaraq həmin kəndə kafeyə getmiş, o, kafedə araq içdikdən sonra taksi ilə Beyləqan rayon 2-ci Şahsevən kənd ərazisində tamet sexinə getmişdir. O, həmin vaxtı anası Gülxara Süleymanovdan taskiyə yol pulu vermək üçün 8 manat pul istəmiş, anası Gülxara Süleymanova ona 8 manat pul verməmiş, bu səbəbdən aralarında sözlü mübahisə yaranmış, həmin vaxtı az yaşlı X13 onun araq içərək sərxoş olduğu üçün ona irad bildirmiş, X13 ona irad bildirdiyi üçün sözlü mübahisə etmişdir. Daha sonra qardaşı Zərərçəkmiş şəxs onu söyüb təhqir etmiş, o, əsəbi olduğu üçün tamet sexinində qaldığı otaqın plastikdən olan giriş qapısını təpiklə vuraraq qırmışdır. O, həmin günü yəni xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində əsəbi olduğu üçün tamet sexində olan 1 ədəd kameranı və günəş panelini qəsdən sındırmışdır. Aralarında baş verən mübahisə Beyləqan rayon 2-ci Şahsevən kənd ərazisində qardaşı Zərərçəkmiş şəxs məxsus tamet sexində baş vermiş, hadisəni anası Gülxara Süleymanova və qardaşı oğlu X6 görmüşlər. Mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Qapının və kameranın dəyəri olan 320 manatı Zərərçəkmiş şəxs tam olaraq ödəmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə materiala xitam verilməsini xahiş etdi. İnzibati iş üzrə zərərçəkmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Şəxs onun qrdaşıdır. Qardaşı Şəxs arvadı Nargilə İbrahimovadan boşanmışdır. Qardaşı oğlu X7 anası Nargilə İbrahimova ilə bilrikdə Bakı şəhərində yaşayır. Ayxan Süleymanov Bakı şəhərindən onlara qonaq gəlmişdir. Qardaşı Şəxs mütamadi olaraq spirtli içki qəbul edir. xx.xx.2023-cü il tarixdə saat 10:05 radələrində qardaşı Şəxs heç bir səbəb olmadan sərxoş halda öz X13la sözlü mübahisə edərək oğlunu sözlə bıçaqla öldürməklə hədələmişdir. Daha sonra onunla mübahisə edərək onu söyüb təhqir etmiş, mübahisə zamanı həmin vaxtı Şəxs ona məxsus tamet sexində olan plastik qapını qəsdən təpiklə vuraraq sındırmış, həmin günü yəni xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Şəxs ona məxsus tamet sexində olan 1 ədəd kameranı və günəş panelini qəsdən sındırmışdır. Şəxs X13u öldürməklə hədəliyən zaman əlində bıçaq olmamış, ancaq sözlə hədələmiş, qardaşı Şəxs tamet sexində 1 ədəd kameranı və günəş panelini qəsdən sıdırması nəticəsində ona 320 manat maddi ziyan dəymişdir. Mübahisə Beyləqan rayonu 2-ci şahsevən kənd ərazisində ona məxsus tamet sexində baş vermiş, hadisəni oğlu X5 və anası X4 görmüşdür. Hazırda ona dəymiş ziyan qardaşı Şəxs tərəfindən ödənilmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, axşam saat 19:05 radələrində Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qardaşı Şəxs məxsus sexin qapısını və təhlükəsizlik kamerasını sındıraraq ona 320 manat dəyərində maddi ziyan vurmuşdur. İşdə olan 22 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilmə haqqında qərardan görünür ki, Şəxs qızının əməllərində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati icraat açılmışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta əməlini törətmiş şəxs Şəxs və inzibati iş üzrə zərərçəkmiş şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törtmiş şəxslə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının 232-1-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından və zərəçəkmiş şəxsə dəymiş maddi zərəri ödədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz.Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar