Məhkəmə qərarları › İş №3(020)-950/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-950/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-950/2023 06.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Beyləqan Rayonu Polis X1 Polisi Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan Rayonu Polis X1 Polisi Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaya görə İXP saylı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar xx.xx.2023-cü il tarixdə Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Beyləqan Rayonu Polis X1 Polisi Bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun deyildir və inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydasına düzgün əməl edilmədən tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 106. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Maddə 125.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir.- Maddə 127. Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. İş materialları ilə müəyyən olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbirinə dair inzibati məsuliyyət daşıması barədə məhkəməyədək Beyləqan Rayonu Polis X1 Polisi Bölməsi tərəfindən heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Eləcə də, qeyd edilən məsələ ilə bağlı müvafiq tənzimlənmənin həyata keçirilməsini yəni, Beyləqan Rayonu Polis X1 Polisi Bölməsi tərəfindən həqiqətən də rəsmi qaydada xəbərdarlıq edilməsini inzibati xəta haqqında materialdan müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbirinə dair şəxs inzibati məsuliyyət daşıması barədə məhkəməyədək inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan tərəfindən rəsmi xəbərdarlıq edilməlidir. Lakin, qeyd edilən prosessual hüquq pozuntularına yol verilməklə inzibati xəta haqqında protokol düzgün tərtib edilmədən, baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, inzibati xəta ilə bağlı inzibati hüquq pozan şəxs Şəxs işə baxılması üçün 28 oktyabr 2023-cü il tarixə təyin edilməsi barədə tərtib edilmiş bildirişin hansı tarixdə göndərilməsi və ya göndərilib-göndərilməməsinə, Şəxs həmin bildirişi almasına dair işdə heç bir məlumat yoxdur. Digər tərəfdən işə baxılması üçün təyin edilmiş həmin müddət gözlənilmədən 05 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Yuxarıda şərh olunanlara əsasən hesab edirəm ki, Beyləqan Rayonu Polis X1 Polisi Bölməsi tərəfindən İXP saylı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərildiyinə görə inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Beyləqan Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Beyləqan Rayonu Polis X1 Polisi Bölməsi tərəfindən tərtib edilmiş İXP saylı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Beyləqan Rayonu Polis X1 Polisi Bölməsinə geri qaytarılsın. Hakim Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar