Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-955/2023 17.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-ci ildə Beyləqan rayonunun Qarallar kəndində anadan olmuş, evli, deməsinə görə məhkum olunmamış, Azərbaycanlı, Beyləqan rayonu Qarallar kənd bələdiyyəsinin sədri işləyən, Beyləqan rayonunun Qarallar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Beyləqan rayonu Qarallar kənd bələdiyyəsinin sədri Şəxs bələdiyyənin mütləq təqdim edilməli olan xx.xx.2023-cü il tarixli, 13 saylı iclas protokolunu inzibati nəzarəti həyata keçirən orqana 5 (beş) iş günündən gec göndərmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Beyləqan rayon Qarallar bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, məsuliyyətlərini başa düşür, belə ki, bələdiyyə üzvlərinin iştirakı ilə 13 oktyabr 2023-cü il tarixdə, iclas keçirərək 13 saylı protokol tərtib olunmuş, lakin həmin protokolu qanunla müəyyən olunmuş müddətdən bir gün gec, yəni 6 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinə poçt vasitəsi ilə göndərmişdir. İnzibati Göstərilənləri nəzərə alıb barəsində qanuni qarar verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi öz nümayəndəsini məhkəmə iclasına göndərməmişlər. Məhkəmə işə İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Abışov X1 rayonu Qarallar bələdiyyəsinin 13 oktyabr 2023-cü il tarixli, 13 saylı iclas protokolunda göstərilən aktları surətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinə 24 oktyabr 2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət keçdikdən sonra göndərmişdir. Şəxs həmin əməli törətməsi iş materialları, özünün izahatları ilə kifayət qədər təsdiq edilmişdir. Şəxs hərəkətlərində İXM-nin 549.2-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla ona xəta törətdiyi maddənin sanksiyası daxilində aşağı həddə cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-955/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-955/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver