Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-956/2023 13.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuş, ailəli, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayon Əlinəzərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq , Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində etibarnamə əsasında sərxoş vəziyyətdə idarə etdiyi “Ford” markalı, 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsində hərəkətdə olan zaman yolun hərəkət istiqamətinin sağında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs məxsus avtomobil əzilməklə ona 5283 manat maddi ziyan dəymişdir. Bununlada Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs, Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford” markalı, 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsində hərəkətdə olan zaman yolun hərəkət istiqamətinin sağında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə bir neçə saat əvvəl az miqdarda spirtli içki qəbul etmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində həyat yoldaşına məxsus olan, etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobili Beyləqan şəhəri, S.Qaziyeva küçəsində yolun sağında dayanmış vəziyyətdə saxlayan zaman qəfldən “Ford” markalı, 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobil arxadan ona məxsus avtomobili vurmuşdur. Hadisədən sonra əraziyə Beyləqan rayon PŞ-nin YPX-nin əməkdaşları gəlmiş və məlum olmuşdur ki, “Ford” markalı, 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şəxsdur. Qəza nəticəsində xəsarət alan olmasa da ona məxsus “Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobilə 5283 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilməmişdir. Ona görə də qanunu qərar qəbul edilməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş etdi. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində etibarnamə əsasında sərxoş vəziyyətdə idarə etdiyi “Ford” markalı, 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsində hərəkətdə olan zaman yolun hərəkət istiqamətinin sağında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. İşdə olan “Sərxan” avtomotoservis və ticarəti firmasının 11 noyabr 2023-cü il tarixli, 108 nömrəli yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin müəyyən edilməsi üçün tərtib olunmuş Ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı X1 məxsus (etibarnamə ilə) Zərərçəkmiş şəxs məxsus olan “Mersedes-Benz E-240” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 5283 (beş min iki yüz səksən üç) manat olaraq qiymətləndirilir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 06 noyabr 2023-cü il tarixli 679 saylı protokoldan görünür ki, Şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. Beləliklə məhkəmə iclasında işin araşdırılmış materialları ilə inzibati xəta əməli törətmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində etibarnamə əsasında sərxoş vəziyyətdə idarə etdiyi “Ford” markalı, 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan şəhəri, S.Qaziyeva küçəsində hərəkətdə olan zaman yolun hərəkət istiqamətinin sağında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobillə toqquşmuşası nəticəsində Zərərçəkmiş şəxs 5283 (beş min iki yüz səksən üç) manat ziyan vurması kifayət qədər sübuta yetmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, il ərazində ilk dəfə olaraq inzibati xəta əməli törətməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyasına uyğun olaraq cərimə növünün inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-956/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-956/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver