Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-957/2023 13.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, evli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə məhkum olunmamış, Beyləqan şəhəri, Koroğlu küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Beyləqan rayon PŞ-nin DYPB-nin əmakdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bildi və izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Beyləqan- Kəbirli yolunun 2-ci kilometrliyində yerləşən avtoyuma məntəqəsində dayanan zaman yolda xidmətdə olan YPX əməkdaşları tanımadığı şəxsə məxsus olan “Yaquar” markalı, **- AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktoru saxladaraq sürücünün sənədlərini yoxlayan zaman sərxoş halda olduğu üçün polis əməkdaşlarının fəaliyyətinə mane olmuşdur. Həmin vaxt polis əmədaşları ondan həmin yerdən kənarlaşıb getməsini tələb etmiş, o, da polis əməkdaşlarının sözündən sonra oradan çıxıb getmək istəyərkən Beyləqan rayon PŞ-nin PPXB-nin əməkdaşları ona yaxınlaşaraq onu PPX avtomobilinə mindirərək rayon PŞ-nə gətirmişlər. Hərəkətlərindən peşimandır. Polis əməkdaşlarından üzr istəmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Beyləqan rayon PŞ-nin DYPB-nin YPX əməkdaşı polis baş leytenantı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Beyləqan-Kəbirli yolunun 2-ci kilometrliyində Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı Ələhim Zalovla birlikdə xidmətdə olarkən “Yaquar” markalı, **- AB-*** d/q nişanlı traktoru saxlatmışlar. Həmin traktorun sürücüsünün sənədlərini yoxlayan zaman tanımadığı şəxs onlara yaxınlaşaraq ünvansız nəlayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyinə görə həmin yerə PPXB-nin əməkdaşlarını çağırmış, PPXB-nin əməkdaşları gələrək həmin şəxsi Beyləqan rayon PŞ-ə aparaq NH-yə təhvil vermişlər. rayon PŞ-də həmin şəxsi Beyləqan rayon sakini Şəxs olduğu onlara məlum olmuşdur. Hazırda Şəxs öz səhvini başa düşmüşdür. Məhkəmə iclasında izahat verən Beyləqan rayon PŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X1 rayon PŞ-nin DYPB-nin YPX əməkdaşı polis baş leytenantı X2 ilə eyni məzmunda izahat verərək Ə.Zalovun izahatında göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Beyləqan rayon PŞ-nin DYPB-nin əmakdaşlarının qanuni tələblərinə qəsdən tabe tabe olmamışdır. Onun bu hərəkətləri özünün qismən etirafı, şahidlərin izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Şəxs hərəkətlərindən peşmançılıq çəkməsi, əməlini etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal hesab olunur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində deyilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılıq hissi keçiməyi məsuliyyəti yüngülləşdirən hal hesab edilir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hərəkətindən səmimi peşimançılıq hissi keçirməsini və polis əməkdaşlarından üz istəməsini nəzərə alıb ona Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-957/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-957/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver