Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-96/2024 31.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Beyləqan rayonu, 2-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,evli, orta təhsilli, işsiz, Beyləqan rayonu 2-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində Beyləqan rayonu 2-ci Şahsevən kəndində yaşadığı evin darvazasının qarşısında ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, Beyləqan rayonu 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda daimi yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində yaşadığı evdə ailə üzvləri ilə aralarında baş vermiş mübahisədən əsəbləşərək yaşadığı evin həyətində ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, əsəbi və sərxoş vəziyyətdə olduğundan evin həyətindən darvazanın qarşısına çıxmış və orada da ucadan nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək və onu nizam-intizama dəvət edərək ona söyüş söyməməsini bildirmişlər. O, isə həmin polislərə məhəl oymamışdır. Buna görə də polis əməkdaşları onu xidməti avtomobillərinə mindirərək rayon PŞ-nin inzibati binasına gətirərək NH-yə təhvil vermişlər. Həmin vaxt əsəbi və sərxoş vəziyyətdə olduğundan özündə olmamışdır. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin PPXB-nin sahə nəfəri polis baş serjantı X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan rayonu 1-ci Şahsevən kəndində Beyləqan RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantları Ələmdar Kərimov və Elşən Həsənli ilə birlikdə xidmətdə olan zaman PŞ-nin NH-nə daxil olmuş Beyləöqan rayon 2-ci Şahsevən kənd sakini X1 oğlu Şəxs münaqişə yaratması barədə DİN-nin 102 xidmətinə ünvanladığı müraciəti və Beyləqan rayon 2-ci Şahsevən kənd sakini X2 qardaşı Şəxs mütəmadi olaraq münaqişə yaratması barədə Beyləqan rayon PŞ-nə ünvanladığı ərizə əsasında hadisə yerinə getmişlər. Hadisə yerində olan zaman Şəxs küçədə uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, S.Ramil onların sözünə məhəl qoymadan öz hərəkətlərinə davam edərək ictima qaydanı pozmuşdur. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində Beyləqan rayonu 2-ci Şahsevən kəndində yaşadığı evin darvazasının qarşısında ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və şahidin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-96/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-96/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver