Məhkəmə qərarları › İş №3(020)-963/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-963/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-963/2023 14.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuş, işsiz, subay, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 05 oktyabr 2023-cü il tarixdə, saat 18:15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Y.Q.K-Daşburun yolunun 9-cu kilometrliyinin Beyləqan şəhəri ərazisindən keçən hissəsində idarə etdiyi “Hyundai SantaFe” minik markalı, **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sola dönmə əməliyyatı edən zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin keçməsini gözləyəməmiş, nəticədə avtomobillə toqquşmuş və Zərərçəkmiş şəxs məxsus avtomobil əzilərək ona zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, “Hyundai SantaFe minik” markalı, **-FC-*** dövlət-qeydiyyat nişanlı avtomobili vardır. Onun avtomobil idarə etmək üçün sürücülük hüququ yoxdur. 05 oktyabr 2023-cü il tarixdə, saat 18:15 radələrində idarə etdiyi “Hyundai SantaFe” minik markalı, **-FC-*** dövlət-qeydiyyat nişanlı avtomobillə X2 avtomobil yolunun 9-cu kilometrliyinin Beyləqan şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olan zaman yolayrıcına çatıb, yolu sola dönmək istəmişdir. Bu zaman qarşıdan əksistiqamətli zolaqda “Vaz 2106” markalı avtomobilin gəldiyini görmüş, idarə etdiyi avtomobili saxlamış və həmin avtomobilin keçməsini gözləmişdir. O, dayandıqdan sonra qarşıdan ona doğru hərəkət edən avtomobil gələrək onun avtomobilinin qarşı tərəfi ilə toqquşmuşdur. Bundan sonra baş verənlər yadından çıxmışdır. Hadisədən sonra onu Beyləqan rayon Mərkəzi xəstəxanasına aparmışlar. Avtomobili idarə edən zaman avtomobilində heç kim olmamışdır. “Vaz 2106” markalı avtomobildə isə bir sürücü və bir sərnişin olmuş, xəstəxanada sürücünün adının Zərərçəkmiş şəxs olduğunu, sərnişinin isə X3 olduğunu öyrənmişdir. Zərəçəkmiş şəxsin avtomobilinə dəymiş zərəri tam olaraq ödəmişdir. Göstərilənlərə əsasən barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, 28 oktyabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan inzibati xəta haqqında protokladan görünür ki, Şəxs 05 oktyabr 2023-cü il tarixdə, saat 18:15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Y.Q.K- Daşburun yolunun 9-cu kilometrliyinin Beyləqan şəhəri ərazisindən keçən hissəsində idarə etdiyi “Hyundai SantaFe” minik markalı, **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sola dönmə əməliyyatı edən zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin keçməsini gözləyərkən Şəxs məxsus avtomobilin qarşı tərəfi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı hər iki avtomobilə maddi zərər dəyməsi, həmçinin qəza zamanı “Vaz 2106” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yanaq və sol bilək nahiyələrində çapıqlar olduğu, sərnişinin X1 isə üst dodağın əzilmiş yarası, sol diz oynağının sıyrığı iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 05 oktyabr 2023-cü il tarixli 644 saylı sərxoşluğun muayinə aktından görünür ki, Şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli, 783/23 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs üst dodağın əzilmiş yarası, sol diz oynağının sıyrığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 05 oktyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X1 adına verilmiş xx.xx.2023-cü il tarixli, 744/23 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı X1 üst dodağın əzilmiş yarası, sol diz oynağının sıyrığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 05 oktyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməlini töərətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar