Məhkəmə qərarları › İş №3(020)-964/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-964/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-964/2023 14.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(036)-1930/2019 saylı, 09 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs əsas borc üzrə 5850.31 manat, cərimə borcu üzrə 200 manat, cəmi olaraq 6050.31 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(036)-1930/2019 saylı, 09 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən ondan əsas borc üzrə 5850.31 manat, cərimə borcu üzrə 200 manat, cəmi olaraq 6050.31 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. Məhkəmənin onun barəsində belə bir qərar çıxarmasından xəbəri olmamış, icra məmuru tərəfindən ona heç bir çağırış və bidiriş məktubarı gəlməmişdir. Barəsində məhkəmənin belə bir qərarı olmasından icra məmuru tərəfindən ona məxsus mobil telefona zəng edilərək bildirildikdən sonra xəbəri olmuş, icra məmuru onu icra şöbəsinə dəvət etdikdən sonra Beyləqan rayon İcra və probasiya şöbəsinə gəlmiş və icra şöbəsində barəsində olan icra sənədi ilə tanış olmuş və həmin icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. məhkəmə qərarı barədə əvvəldən xəbərdar olsaydı bugünədək hissə-hissə ödəyib qurtarardı. İcra məmuru icra şöbəsində borcunu tam olaraq ödəməsini tələb etmiş, icra məmuruna borcundan 1000 manat ödəmək imkanının olduğunu, ona vaxt verilərsə qalan borcunu hər ay 100 manat olmaqla hissə ödəyəcəyini bildirmişdir. Lakin icra məmuru onunla razılaşmamışdır. Kənd təsərüffatı işləri ilə məşğul olaraq əldə etdiyi qazancla ailəsini dolandırır. Aylıq gəliri təxmini 400-500 manatdır. Başqa qazanc yeri yoxdur. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(036)-1930/2019 saylı, 09 dekabr 2019cu il tarixli icra sənədinə əsasən Şəxs əsas borc üzrə 5850.31 manat, cərimə borcu üzrə 200 manat, cəmi olaraq 6050.31 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. Borclu Şəxs barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq bugünədək icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu uzun müddət ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmiş, daha sonra isə Şəxs məxsus mobil telefonla əlaqə saxlanılaraq icra şöbəsinə dəvət olunmuşdur. Şəxs icra şöbəsinə gəlmiş, ona hüququ və vəzifələri izah olunmuş, barəsində məhkəmənin qərarı olduğunu və icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuşdur. Şəxs izahat verərək barəsində belə bir məhkəmə qərarı olmasından xəbərdar olmadığını, xəbərdar olsaydı bu qədər müddət ərzində icra sənədini tam olaraq icra edə biləcəyini bildirmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəməsi tələb olunmuş, Şəxs icra sənədi üzrə brcundan 1000 manat ödəməyə maddi imkanının çatdığını, qalan borcunu isə hər ay 100 manat olmaqla hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(036)-1930/2019 saylı, 09 dekabr 2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs əsas borc üzrə 5850.31 manat, cərimə borcu üzrə 200 manat, cəmi olaraq 6050.31 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyirinə verilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs 1000 manat pulu tələbkar "xxxx" MMC-nin xeyirinə ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs icra sənədi üzrə borcunu ödəməməsinə səbəb olaraq barəsində məhkəmənin belə bir qərarı olmasından xəbərdar olmadığını göstərir, həmçinin hazırda icra sənədi üzrə borcundan 1000 manat tələbkar təşkilatına hesabına ödəyir, qalan borcunu icra hər ay 100 manat olmaqla hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs barəsində məhkəmənin belə bir qərarı olmasından xəbərdar olmadığın ödəniş etməmiş, həmçinin hazırda icra sənədi üzrə borcundan 1000 manat tələbkar təşkilatın hesabına ödəmiş, qalan borcunu hər ay 100 manat olmaqla hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəm ki, yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar