Məhkəmə qərarları › İş №3(020)-965/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-965/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-965/2023 14.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, "xxxx" MMC-də sürücü işləyən, ailəli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:20 radələrində Bəhrəmtəpə-Horadiz yolunun 28-ci kilometrliyində idarə etdiyi “X1” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, çoxavazlı səs siqnallarından istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 10:20 radələrində "xxxx" MMC-yə məxsus olan “X1” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bəhrəmtəpə-Horadiz yolunun 28-ci kilometrliyində hərəkətdə olan zaman çoxavazlı səs siqnallarından istifadə etdiyinə görə yolda xidmətdə olan YPX əməkdaşı ona saxla işarə vermiş, o, idarə etdiyi avtomobili saxlamış və polis əməkdaşı ona yaxınlaşaraq avtomobilində istifadə etdiyi çoxavazlı səs siqnalının qanunla qadağan olunduğunu və bu səbəbdən də avtomobilin duracağa yerləşdirilməsini tələb etmişdir. O, polis əməkdaşına avtomobilində olan səs siqnalının qadağan olduğunu bilmədiyini bildirmiş və polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobil Beyləqan rayon PŞ-nin duracağına yerləşdirmişdir. Avtomobilində olan səs siqnalının qanuna zidd olmasından xəbəri olmamışdır. Əməlindən peşimandır. Bir daha belə hallara yol verməyəckdir. Barəsində qanuni qərar verilməsini xahiş etdi. İnzibati xəta haqqında prptokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:20 radələrində Bəhrəmtəpə-Horadiz yolunun 28-ci kilometrliyində idarə etdiyi “X1” markalı, **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, çoxavazlı səs siqnallarından istifadə etmişdir. Onun bu hərəkətləri iş materialları və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatı ilə öz təsdiqini tapmışdır. Ona görə də Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 342.9cu maddəsinin tərkibi olduğundan onun həmin maddə ilə təqsirli bilib cəzalandırılmasını qanuna müvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əməlindən peşimançılıq hissi keçirməsini və əməlini səmimi etiraf etməsini nəzərə alaraq hesab hesab edirəm ki, inzibati xəta törədən Şəxs xəta törətdiyi maddənin sanksiyası çərçivəsində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, çoxavazlı səs siqnalları müsadirə edilməklə 500 (beş yüz) manat inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar