Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-967/2023 17.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, ailəli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3828/2022 saylı, 20 may 2022-ci il tarixli icra sənədinə əsasən Sabunçu rayon məhkəməsinin 2(008)-2284/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs X2 xeyirinə tutulan alimentin məbləği artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 193 manat sabit pul məbləğində aliment tutularaq X1 verilsin. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3828/2022 saylı, 20 may 2022-ci il tarixli icra sənədinə əsasən Sabunçu rayon məhkəməsinin 2(008)-2284/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan X2 xeyirinə tutulan alimentin məbləği artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 193 manat sabit pul məbləğində aliment tutularaq X1 verilsin. İcra sənədi üzrə alimenti əvvəllər vaxtında ödəmiş, lakin son zamanlar işdən çıxdığına görə maddi imkanı olmadığından alimenti ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə 386 manat aliment borcu yaranmışdır. Aliment borcunu son iki ayda ödəməmiş, lakin bundan qabaq alimenti hər ay vaxtında ödəmişdir. Gündəlik fərdi işlərlə məşğul olur və qazancı özünə ancaq kifayət edir. Ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3828/2022 saylı, 20 may 2022-ci il tarixli icra sənədinə əsasən Sabunçu rayon məhkəməsinin 2(008)-2284/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs X2 xeyirinə tutulan alimentin məbləği artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 193 manat sabit pul məbləğində aliment tutularaq X1 verilsin. Borclu Şəxs icra sənədi üzrə alimenti hər ay vaxtında ödəmiş. Lakin son iki ayda alimenti ödəməmiş, nəticədə 386 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. İcra sənədi üzrə borcunu gələcəkdə alimentlə birlikdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Tələbkar isə həmin bununla razılaşmamış, aliment borcunun tam ödənilməsini tələb etmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-3828/2022 saylı, 20 may 2022ci il tarixli icra sənədindən görünür ki, Sabunçu rayon məhkəməsinin 2(008)-2284/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs X2 xeyirinə tutulan alimentin məbləği artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 193 manat sabit pul məbləğində aliment tutularaq X1 verilsin. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 noyabr 2023-cü il tarixdən, saat 14:37-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-967/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-967/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver