Məhkəmə qərarları › İş №3(020)-968/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-968/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-968/2023 17.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində doğulmuş, fərdi əməklə məşğul olan, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, deməsinə görə əvvəllər məhkum olunmamış, Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:10 radələrində Beyləqan rayon PŞ-nin qapı postunda xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildir və izahat verərək göstərdi ki, 16 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində polis əməkdaşları tərəfindən rayon PŞ-nə gələn zaman PŞ-nin inzibati binasına daxil olarkən qapı postunda xidmətdə olan polis əməkdaşı ondan üzərində olan mobil telefonu təhvil verməsini tələb etmiş, bu zaman əsəbləşərək polis əməkdaşına öz etirazını bildirmiş və mübahisə etməyə başlamışdır. Mübahisə zamanı orada xidmətdə olan polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, lakin o, əsəbi vəziyyətdə olduğuna görə polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları onu PŞ-nin inzibati binasına apararaq NH-yə təhvil vermişlər. Əməlindən peşimandır. Hadisə zamanı əsəbi vəziyyətdə olduğundan özündə olmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Beyləqan rayon polis şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı tarverdiyev Pərviz Raquf oğlu izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Beyləqan rayon Kəbirli kənd sakini X1 ərizə ilə RPŞ-nə müraciəti əsasında İB-nin hal-hazırda icraatda olan HK-1/1325 nömrə materialın icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə Beyləqan rayon Təzəkənd kənd sakini Şəxs RPŞ-nə dəvət edib gətirən zaman saat təxminən 18 radələrində RPŞ-nin giriş qapısında xidmətdə olan PPXB-nin polis nəfəri polis serjantı Vüsal Hüseynov Şəxs üzərində olan mobil telefonu posta təhvil verməsini bildirmişdir. Bu zaman Şəxs uca səslə qışqırmağa başlayaraq ünvansız nəlayiq ifadələr işlətmişdir. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs onlara məhəl qoymamış və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:10 radələrində Beyləqan rayon PŞ-nin qapı postunda xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xəta əməli törətmiş şəxs Şəxs şəxsiyyətini,törətdiyi xətanin xarakterini, onun təqsirinin dərəcəsini, hadisəni əsəbi vəziyyətdə törətməsini, polis əməkdaşının ondan şikayətçi olmasını nəzərə alıb Şəxs təqsirləndirildiyi maddənin sanksiyası daxilində inzibati həbs təyin edilməsini qanuna müvafiq hesab edirəm. İş materiallarından görünür ki, Şəxs barəsində 16 noyabr 2023-cü il tarixdə saat 18:30-da tutma protokolu tərtib edilmişdir. Ona görə də onun həbsinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 noyabr 2023-cü il tarixdən saat 18:30-dan hesablansın Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar