Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-969/2023 17.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan, ailəli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-3305/2017 saylı, 28 dekabr 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 6985.12 manat əsas borc, 50 manat cərimə və 20 manat dövlət rüsumu əvəzi tutulub "xxxx" MMC-nin xeyirinə verilməlidir. bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2350 manat və həmin pul vəsaitinin infilyasiya və ekvivalenti qismində 1709 manat 50 qəpik, cəmi 4059.50 manat məbləğində pul vəsaiti, 29 baş şişək qoyun (bir ədədinin qiyməti 160 manat) 1 baş qoç (bir ədədinin qiyməti 240 manat) 2 baş ikinci döl inək (bir ədədinin qiyməti 1100 manat), 2 baş birinci döl inək (bir ədədinin qiyməti 1000 manat), 1 baş üçüncü döl camış (iki bala) (bir ədədinin qiyməti 1200 manat), 2 ton ərzaq buğdası naturada, bu mümkün olmadıqda, onların dəyəri 11080 manat məbləğində pul, qiymətləndirmə rəyi üçün ödədiyi 190 manat, 20 manat məbləğində dövlət rüsumu alınıb X2 verilməlidir. Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-3305/2017 saylı, 28 dekabr 2017-ci il tarixli icra sənədinə əsasən ondan 6985.12 manat əsas borc, 50 manat cərimə və 20 manat dövlət rüsumu əvəzi tutulub "xxxx" MMC-nin xeyirinə verilməlidir. bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 2350 manat və həmin pul vəsaitinin infilyasiya və ekvivalenti qismində 1709 manat 50 qəpik, cəmi 4059.50 manat məbləğində pul vəsaiti, 29 baş şişək qoyun (bir ədədinin qiyməti 160 manat) 1 baş qoç (bir ədədinin qiyməti 240 manat) 2 baş ikinci döl inək (bir ədədinin qiyməti 1100 manat), 2 baş birinci döl inək (bir ədədinin qiyməti 1000 manat), 1 baş üçüncü döl camış (iki bala) (bir ədədinin qiyməti 1200 manat), 2 ton ərzaq buğdası naturada, bu mümkün olmadıqda, onların dəyəri 11080 manat məbləğində pul, qiymətləndirmə rəyi üçün ödədiyi 190 manat, 20 manat məbləğində dövlət rüsumu alınıb X2 verilməlidir. Maddi imkanı olmadığından icra sənədləri üzrə göstərilən borclarından heç bir ödəniş etməmişdir. İcra məmuru tərəfindən ona zəng edilərək rayon İcra və probasiya şöbəsinə çağırılmış, icra şöbəsinə gəlmişdir. İcra şöbəsində icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədləri üzrə borcunu tam ödəməsi tələb olunmuşdur. O, icra məmuruna da bildirmişdir ki, icra sənədi üzrə borcunu ödəmək üçün maddi imkanı yoxdur. Gündəlik fərdi işlərlə, yəni fəhləlik etməklə qazanc əldə edir. Əldə etdiyi qazancı özünün və ailəsinin dolanışacağına sərf edir. Hazırda icra sənədi üzrə borcundan 500 manat ödəməyə maddi imkanı çatır. Ona vaxt verilərsə icra sənədləri üzrə borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-3305/2017 saylı, 28 dekabr 2017ci il tarixli icra sənədinə əsasən Şəxs 6985.12 manat əsas borc, 50 manat cərimə və 20 manat dövlət rüsumu əvəzi tutulub "xxxx" MMC-nin xeyirinə verilməlidir. bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2350 manat və həmin pul vəsaitinin infilyasiya və ekvivalenti qismində 1709 manat 50 qəpik, cəmi 4059.50 manat məbləğində pul vəsaiti, 29 baş şişək qoyun (bir ədədinin qiyməti 160 manat) 1 baş qoç (bir ədədinin qiyməti 240 manat) 2 baş ikinci döl inək (bir ədədinin qiyməti 1100 manat), 2 baş birinci döl inək (bir ədədinin qiyməti 1000 manat), 1 baş üçüncü döl camış (iki bala) (bir ədədinin qiyməti 1200 manat), 2 ton ərzaq buğdası naturada, bu mümkün olmadıqda, onların dəyəri 11080 manat məbləğində pul, qiymətləndirmə rəyi üçün ödədiyi 190 manat, 20 manat məbləğində dövlət rüsumu alınıb X2 verilməlidir. Şəxs barəsində icra sənədləri üzrə icra tədbirləri görülməsinə baxmayaraq icra sənədləri üzrə borcundan bugünədək heç bir ödəniş etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmiş, həmçinin mobil telefon vasitəsi ilə zəng edilərək icra şöbəsinə dəvət olunmuşdur. Şəxs icra şöbəsinə gəlmiş və ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunu ödəməli olduğu bildirilmişdir. Şəxs İcra şöbəsində izahat verərək icra sənədi üzrə borcundan 500 manat ödəməyə maddi imkanının çatdığını bildirmiş, bununla bağlı tələbkarlarla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, tələbkarlar borclarının tam olaraq ödənilməsini, ödənilmədiyi halda inzibati məsuliyyətə cəlb olunmasını tələb etmişlər. Ona görə də Şəxs barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-3305/2017 saylı, 28 dekabr 2017-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 6985.12 manat əsas borc, 50 manat cərimə və 20 manat dövlət rüsumu əvəzi tutulub "xxxx" MMC-nin xeyirinə verilməlidir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 2350 manat və həmin pul vəsaitinin infilyasiya və ekvivalenti qismində 1709 manat 50 qəpik, cəmi 4059.50 manat məbləğində pul vəsaiti, 29 baş şişək qoyun (bir ədədinin qiyməti 160 manat) 1 baş qoç (bir ədədinin qiyməti 240 manat) 2 baş ikinci döl inək (bir ədədinin qiyməti 1100 manat), 2 baş birinci döl inək (bir ədədinin qiyməti 1000 manat), 1 baş üçüncü döl camış (iki bala) (bir ədədinin qiyməti 1200 manat), 2 ton ərzaq buğdası naturada, bu mümkün olmadıqda, onların dəyəri 11080 manat məbləğində pul, qiymətləndirmə rəyi üçün ödədiyi 190 manat, 20 manat məbləğində dövlət rüsumu alınıb X2 verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsini, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 noyabr 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-969/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-969/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver