Məhkəmə qərarları › İş №3(020)-97/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-97/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-97/2024 28.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1981-cı il İmişli rayonunda anadan olmuş, ailəli, orta təhsilli,öz deməsinə görə məhkumluğu olmayan, işsiz, İmişli şəhəri, N.ünvan 1də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu “Boz qobu” adlanan ərazisində balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, brakonyerlik hallarının qarşısının alınması məqsədi ilə idarənin xidməti ərazisində xx.xx.2024-cü il tarixində gecə saatlarında nümayəndəsi olduğu idarənin əməkdaşları tərəfindən keçirilən reyd zamanı xidməti əraziyə aid olan Beyləqan rayon inzibati ərazisinə daxil olan “Boz qobu” adlanan qamışlıq ərazidə ov edilməsi halı müşahidə edilmiş, həmin əraziyə yaxınlaşan zaman ov edilən ərazinin yaxınlığında bir ədəd **-BJ-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin dayandığı sıx qamışlıq ərazidə 3 nəfər şəxsin qayıqdan istifadə edərək elektrik cərəyanı ilə balıq ovladıqları aşkar olunmuşdur. Qayıqda olan 3 nəfər şəxsdən biri ov silahı ilə ov etməsi halı aşkar olunmuşdur. Həmin şəxslər idarənin əməkdaşlarının həmin əraziyə yaxınlaşdığını gördükdən sonra onlardan biri ov silahı ilə onların olduğu yerə yaxınlaşmış, digər 2 nəfər isə sutqanın qaranlıq vaxtının olmasından və ərazinin sıx qamışlıq olmasından istifadə edərək qayıq vasitəsi ilə ərazidən uzaqlaşmışlar. Sözügedən silahlı şəxslə aparılan danışıqlar zamanı onun İmişli rayonu Murğuzallı kənd sakini X1 olduğu, ov silahının ona məxsus “Huqlu” markalı, 12 kalibirli, 16- A-6940 nömrəli ov silahı olduğu məlum olmuşdur. Eminağa Qəhrəmanov yazılı izahat verərək həmin əraziyə ona məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil ilə seyid Kənan adı ilə tanınan həmyerlisi və cimi kimi çağırılan digər həmyerlisi ilə birlikdə özünə məxsus “Huqlu” markalı, 12 kalibirli, 16-A-6940 nömrəli ov silahı ov etmək və elektrik cərəyanı ilə balıq ovlamaq üçün gəldiklərini, ekologiyanın əməkdaşlarının əraziyə gəldiklərini gördükdən sonra digər yoldaşlarının həmin elektrik cərəyanını qayığa qoyaraq ərazidən kənarlaşdığını bildirmişdir. Həmin vaxt ərazinin yaxınlığına keçirilən baxış zamanı ərazidə bir ədəd **-TN-*** dövlət qeydiyyat nişanlı “Mitsubuşi pikap” markalı avtomobilin dayandığı müəyyən edilmişdir. Sözügedən pikap avtomobilinin dayandığı yerin yaxınlığında “Boz qobu” adlanan ərazidə 2 nəfər şəxsin qayıqdan istifadə edərək işıq fanarları ilə ərazidə hərəkət edərək balıq ovladıqları müşahidə edilmişdir. Həmin şəxslərlə aparılan danışıqlar zamanı onların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları olduqlarını bildikdən sonra özləri ilə gətirdikləri bəzi ov alətlərini sıx qamışlıq ərazidə gizlədərək sudan kənara çıxmışlar. Həmin şəxslərin istifadə etdiyi qayığa baxış keçirilən zamanı qayıqda 1 ədəd akkumluyator, 2 ədəd qayıq çəkmək üçün kürək, 2 ədəd elektrik cərəyanı ilə işləyən işıq fənərləri olduğu müəyyən olunmuşdur. Aparılan araşdırmalar zamanı həmin şəxslərin İmişli şəhər, N.ünvan 1ünvanında yaşayan Şəxs və İmişli şəhəri Qədir İsmayılzadə küçəsi ev 164də yaşayan X3 olduqları müəyyən olunmuşdur. Bu barədə yazılı izahat verən Şəxs həmin ərazidə venterlə balıq ovladığını, ekologiya əməkdaşları gəldikdən sonra sudan kənara çıxdığını, M.Hümbətov da yazılı izahat verərək həmin ərazidə venterlə balıq ovladıqlarını bildirmişdir. Onlarla aparılan söhbətlər zamanı balıq ovlamaq üçün istifadə etdikləri venterləri suyun axınına düşərək axdığı üçün əməkdaşlara təqdim edə bilməyəcəklərini bildirmişlər. Qanunsuz ov edilən əraziyə baxış keçirilən zamanı ərazidə digər ov alətlərinin müəyyən etmək mümkün olmamış, ərazidən çəkilmiş fotoşəkillər və tərtib edilmiş akt iş materiallarına əlavə edərək həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşdə olan 22 yanvar 2024-cü il tarixli, 83565 nömrəli aktdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu “Boz qobu” adlanan ərazisində balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozmuşdur. Beləliklə də Şəxs balıq və digər su bioresurslarının mühafizəsi qaydalarını kobud şəkildə pozması, nümayəndənin və onunla birlikdə ov edən M.Hümbətovun izahatı, iş materiallarına əlavə olunmuş fotoşəkillər və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktla kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsini nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 1 ədəd akkumluyator, 2 ədəd qayıq çəkmək üçün kürək, 2 ədəd elektrik cərəyanı ilə işləyən işıq fənərləri müsadirə edilməklə, 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar