Məhkəmə qərarları › İş №3(020)-973/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-973/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-973/2023 01.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, xx.xx.1988-ci ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri, Qaradağ rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYP-nin inzibati xətalar haqqında EQ 15192428 nömrəli, xx.xx.2023-cü il tarixli protokoluna əsasən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək cəmi 10 manat məbləğində cərimə edilmişdir. Lakin Şəxs inzibati cəza növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və ödəyəcəyi məbləğə 6 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ hazırda dəbbə pulu ilə birlikdə 16 manat təşkil edir. Buna görə də, Şəxs barəsində Bakı şəhəri, Qaradağ rayon Pİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarından görünür ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası DİN Azərbaycan Respublikası DİN BDYP-nin xidmətinin inzibati xətalar haqqında EQ 15192428 nömrəli, xx.xx.2023-cü il tarixli protokola əsasən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. Lakin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və ödəyəcəyi məbləğə 6 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ dəbbə pulu ilə birlikdə 16 manata çatmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, inzibati xəta törətmiş şəxsin inzibati cəriməsi bu günə kimi ödənilməmiş qalmışdır. İş materiallarını nəzərdən keçirib, Şəxs inzibati cəriməni ödəməməsini əsas tutaraq onun nəqliyyat vasitələrini idarə etmə hüququnu Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada 6 (altı) ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: xx.xx.1988-ci ildə anadan olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar