Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-982/2023 21.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1989-cu ildə Beyləqan rayonu, Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Beyləqan rayonu, Aşqallar kəndi ərazisində həmkəndlisi X5 aralarında yaranmış mübahisə zamanı Ramil Musayevi döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahatında göstərdi ki, X9 onun həmkəndlisidir. Onunla düşmənçiliyi və ya ədavəti yoxdur, onun özünə məxsus “Kamaz” markalı avtomobili vardır. Həmin “Kamaz” markalı avtomobillə yük daşıyır. O, özünə məxsus “kamaz” markalı avtomobili ilə Laçın rayonuna tikinti materialları aparır. Təxminən 1 il öncə həmkəndlisi Ramil Musayev ondan xahiş etmişdir ki, köməklik etsin Laçın rayonuna yük apararaq ailəsini dolandırsın. Bundan sonra Laçın rayonunda tikinti işi aparan “Berpeqe” şirkətinin tikniti materiallarını Ramil Musayev özünə məxsus “kamaz” markalı avtomobili ilə aparmışdır. O, həmin “Berpeqe” şirkətlə müqaviləsi olduğuna görə Ramil Musayevin daşıdığı yük onun adına sənədləşdirilmişdir. Ramilə veriləsi əmək haqqı onun adına olan hesaba köçürülmüşdür. Daha sonra o, həmin pulu hesabından çıxarıb Ramil Musayevə vermişdir. Ramil Musayev axırıncı dəfə Laçın rayonuna iki dəfə yük aparmışdır. Həmin yükün əmək haqqısı 1800 manat pul etmişdir. O, həmin 1800 manat puldan 1070 manatı Ramil Musayevə verdikdən sonra 730 manat borcu qalmışdır. Daha sonra onun Ramilə qalan 730 manat borcundən 500 manat verdikdən sonra onun Ramilə 230 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində o, idarə etdiyi “Mercedes” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilmlə atası X6 ilə Beyləqan rayon Aşqalılar kənd ərazisində yaşadığı evə gedən zaman X2 daş parçası ilə qəsdən ona məxsus “Mercedes” markalı avtomobilinin ön alın şüşəsinə və sağ tərəfdən yan şüşəsinə daş parçası ilə vuraraq sındırmışdır. Həmin vaxtı o, idarə etdiyi “Mercedes” markalı minik avtomobilini saxlamışdır. İdarə etdiyi avtomobili saxladıqdan sonra görmüşdür ki. Aygün Musayevin əri X9 və qızı Aysun yolun kənarında dayanmışdır. Həmin vaxtı atası X6 ona avtomobili sürüb getməsini bildirmişdir. Bundan sonra o, avtomobili idarə edərək yaşadığı fərdi yaşayış evinə getmişdir. O, Ramil Musayevə zəng edərək söhbətə çağırmamış, Ramil Musayevi döyməmişdir. Ramil Musayevin onun barəsində dedikləri bohtan xarakteri daşıyır. Ramil Musayevə heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı Ramil Musayevin yoldaşı Aygün Musayeva ona məxsus avtomobilin ön alın şüşəsinə və sağ tərəfdən yan şüşəsini daşla vuraraq sındırmış, nəticədə ona maddi ziyan dəymişdir. Hadisə Beyləqan rayonu Aşqalılar kənd ərazisində yolda baş vermiş, həmin vaxtı orada Aygün Musayeva, Ramil Musayev və qızı Aysun və atası Əzizalı Həsənov olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs onun həmkəndlisidir. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Onun özünə məxsus “kamaz” markalı avtomobili vardır. Təxminən 1 il bundan əvvəl həmkəndlisi Cəlal Həsənov ona bildirmişdir ki, Laçın rayonuna yük aparmaq lazımdır. Hər yük aparanda yol haqqı 900 manat pul veriləcəkdir. O, da Cəlal Həsənovla razılaşmışdır. O, özünə məxsus “kamaz” markalı avtomobili ilə Bakı şəhərindən Laçın rayonuna 4 dəfə tikinti materialları aparmışdır. Bakı şəhərindən Laçın rayonuna apardığı tikinti materiallarına görə Cəlal ona 3500 manat pul vermişdir. Təxminən 3 ay bundan qabaq o, özünə məxsus “kamaz” markalı avtomobili ilə Bakı şəhərindən Laçın rayonuna 2 dəfə tikinti materialları aparmış, Cəlal Həsənovun ona 1800 manat borcu qalmışdır. Cəlal Həsənov 1800 manatdan 1070 manat borcunu verdikdən sonra ona 730 manat borcu qalmışdır. O, Cəlal Həsənovdan bir neçə dəfə ona olan 730 manat borcunu istəsədə Cəlal Həsənov borcunu verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:50 radələrində Cəlal Həsənov mobil telefonla ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Cəlal Həsənov mobil telefonla ona zəng edərək onun yaşadığı fərdi yaşayış evinin həyətinin qapısının qarşısında gözlədiyini bildirmişdir. O, evdən çölə çıxdıqdan sonra Cəlal Həsənovun özünə məxsus “Mercedes” markalı avtomobildə oturduğunu görmüşdür. Cəlal ona avtomobilə əyləşməsini onunla söhbəti olduğunu bildirmişdir. O, da “nə sözü varsa burda deyə bilərsən” deyə cavab vermişdir. Bundan sonra Cəlal Həsənov avtomobildən düşərək ona yaxınlaşmış və əlini çiyninə qoyaraq ona sual vermişdir ki, “şirkətdən sənə pul verilib?” o, da bildirmişdir ki, ona heç kim pul verməmişdir. Həmin vaxtı Cəlal Həsənov qəfldən sol tərəfdən yumruqla qulağının arxasından baş nahiyyəsinə vurmuşdur. O, həmin vaxtı huşunu itirərək yerə yıxılmışdır. Daha sonra arvadı X2 onu Beyləqan rayon mərkəzi Xəstəxanasına gətirmişdir. Hadisə zamanı arvadı X11 Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobilin ön alın şüşəsini daş parçası ilə vuraraq sındırdığını görməmişdir. Mübahisə Beyləqan rayon Aşqalılar kəndində yaşadığı evin qarşısında yolda baş vermişdir. Hadisəni heçkəs görməmişdir. Hadisədən bir qədər sonra arvadı Aygün Musayeva onun səsini eşidərək hadisə yerinə gəlmişdir. Aralarında baş vermiş mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Məhkəmədən Şəxs cəza verilməsini xahiş etdi. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, zərərçəkmiş şəxs X5 dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X8 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı X1 və Şəxs oğlunun müraciətləri əsasında toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞnin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən X3 adına verilmiş xx.xx.2023-cü il tarixli 721/23 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1980-ci il təvəllüdlü X3 boyun nahiyəsində dəriiçi qansızma, sol said nahiyəsində isə sıyrıq aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə məhkəmə iclasında Həsənov X4 Ramil Kamil oğlunu döyməməsini göstərsə də onun həmin hərəkətləri iş materialları ilə tam sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs zərərçəkmiş şəxs R.Musayevi döyməməsi barədə izahatı özünü müdafiə xarakteri daşıyır və işin araşdırılmış halları ilə təkzib edilmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də zərərçəkmiş şəxs X3 izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı həmkəndlisi X7 fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Ramil Musayevi döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-982/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-982/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver