Məhkəmə qərarları › İş №3(020)-983/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-983/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-983/2023 21.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Beyləqan rayonu Aşıqalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, ailəli, işsiz, deməsinə görə məhkum olunmamış, orta təhsilli, Beyləqan rayonu Aşıqalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs 03 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Beyləqan rayon Aşıqalılar kəndi ərazisində aralarında yaranmış münaqişə zamanı daş ilə Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı avtomobilin ön alın şüşəsini və sağ tərəfdən yan şüşəsini sındıraraq Zərərçəkmiş şəxs 345 (üç yüz qırx beş) manat məbləğində ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, X3 onun əridir. X6 “kamaz” markalı avtomobili vardır. Təxminən 1 il bundan əvvəl həmkəndlisi Zərərçəkmiş şəxs əri Ramil Musyaevə bildirmişdir ki, Laçın rayonuna yük aparmaq lazımdır. Hər yük aparanda yol haqqı 900 manat pul verəcəkdir. X9 Cəlal Həsənovla razılaşmış və özünə məxsus “kamaz” markalı avtomobili ilə Bakı şəhərindən Laçın rayonuna 4 dəfə tikinti materialları aparmışdır. Əri Ramil Bakı şəhərindən Laçın rayonuna apardığı tikinti materiallarına görə Calal ona 3500 manat pul vermişdir. Təxminən 3 ay bundan qabaq əri Ramil özünə məxsus “kamaz” markalı avtomobili ilə Bakı şəhərindən Laçın rayonuna 2 dəfə tikinti materialları aparmışdır. Zərərçəkmiş şəxs əri Ramilə 1800 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs 1800 manat puldan 1070 manat borcunu verdikdən sonra 730 manat borcu qalmışdır. Əri Ramil Zərərçəkmiş şəxs bir neçə dəfə ona olan 730 manat borcunu istəsə də, Zərərçəkmiş şəxs borcunu verməmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxsla X9 arasında narazılıqlar olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs X9ə mobil telefonla zəng edərək yaşadığı fərdi yaşayış evinin həyətinin qapısının qarşısında gözlədiyini bildirmişdir. X9 evdən çölə çıxdıqdan bir qədər sonra ərinin “allah ölürəm” deyə qışqırtı səsini eşidərək dərhal evdən çölə çıxmışdır. Həmin vaxtı görmüşdür ki, əri X7 Həsənova məxsus “mercedes” markalı avtomobilin qarşısında yerə uzanmış halda durmuşdur. O, X9i avtomobilin qarşısından yolun kənarına çəkdikdən sonra yerdən daş parçası götürərək Zərərçəkmiş şəxs tərəf atmış, daş Zərərçəkmiş şəxs məxsus “mercedes” markalı avtomobilin ön alın şüşəsinə dəyərək avtomobilin şüşəsini sındırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs avtomobilə əyləşərək oradan çıxıb getmişdir. Hadisə zamanı orada başqa heç kəs olmamışdır. Onun avtomobilin şüşəsini qırmaq fikiri olmamış, Calalı ərindən aralaşdırmaq üçün daşı Calala atmış, daş Calala məxsus avtomobilin şüşəsinə dəymişdir. Zərərçəkmiş şəxs avtomobilinə dəymiş zərəri ödəməmiş və ödəmək fikiri də yoxdur. Göstərilənlərin nəzərə alınmasını, qanuni qərar qəbul edlməsini xahiş etdi. İnzibati iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs onun həmkəndlisidir. Onunla düşmənçiliyi və ya ədavəti yoxdur, onun özünə məxsus “kamaz” markalı avtomobili vardır. Həmin “kamaz” markalı avtomobillə yük daşıyır. O, özünə məxsus “kamaz” markalı avtomobili ilə Laçın rayonuna tikinti materialları aparır. Təxminən 1 il öncə Aygünün X9 ondan xahiş etmişdir ki, köməklik etsin Laçın rayonuna yük apararaq ailəsini dolandırsın. Bundan sonra Laçın rayonunda tikinti işi aparan “Berpeqe” şirkətinin tikniti materiallarını Ramil Musayev özünə məxsus “kamaz” markalı avtomobili ilə aparmışdır. O, həmin “Berpeqe” şirkətlə müqaviləsi olduğuna görə Ramil Musayevin daşıdığı yük onun adına sənədləşdirilmişdir. Ramilə veriləsi əmək haqqı onun adına olan hesaba köçürülmüşdür. Daha sonra o, həmin pulu hesabından çıxarıb Ramil Musayevə vermişdir. Ramil Musayev axırıncı dəfə Laçın rayonuna iki dəfə yük aparmışdır. Həmin yükün əmək haqqısı 1800 manat pul etmişdir. O, həmin 1800 manat puldan 1070 manatı Ramil Musayevə verdikdən sonra 730 manat borcu qalmışdır. Daha sonra onun Ramilə qalan 730 manat borcundən 500 manat verdikdən sonra onun Ramilə 230 manat borcu qalmışdır. xx.xx.2023cü il tarixdə saat 19:30 radələrində o, idarə etdiyi “mercedes” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə atası X1 ilə Beyləqan rayon Aşqalılar kənd ərazisində yaşadığı evə gedən zaman Şəxs daş parçası ilə qəsdən ona məxsus “mercedes” markalı avtomobilinin ön alın şüşəsinə və sağ tərəfdən yan şüşəsinə daş parçası ilə vuraraq sındırmışdır. Həmin vaxtı o, idarə etdiyi “Mercedes” markalı minik avtomobilini saxlamışdır. İdarə etdiyi avtomobili saxladıqdan sonra görmüşdür ki. Şəxs əri X3 və qızı Aysun yolun kənarında dayanmışdır. Həmin vaxtı atası X1 ona avtomobili sürüb getməsini bildirmişdir. O, atasının sözünü dinləyərək oradan çıxıb getmişdir. Avtomobilinin ön və yan şüşələrinin qırılması nəticəsində ümumilikdə ona 345 (üç yüz qırx beş) manat maddi ziyan vurulmuşdur. Ona vurlumuş maddi ziyan bu günədək Şəxs tərəfindən ödənilməmişdir. Şəxs şikayətçidir. Ona görə də qanuni qərar qəbul edilməsini, ona dəymiş zərərin ödənilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Beyləqan rayon Aşıqalılar kəndi ərazisində aralarında yaranmış münaqişə zamanı daş ilə Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı avtomobilin ön alın şüşəsini və sağ tərəfdən yan şüşəsini sındıraraq Zərərçəkmiş şəxs 345 (üç yüz qırx beş) manat məbləğində ziyan vurmuşdur. İşdə olan “Sərxan”avtomotoservis və Ticarət firmasının xx.xx.2022-ci il tarixli AES 101 nörməli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “mercedes benz” markalı avtomobilin ön alın şüşəsi və qabaq sağ tərəf qapının yan şüşəsinin küt alətlə zərbə nəticəsində qırılaraq tam yararsız vəziyyətə düşmüş və avtomobilə 345 (üç yüz qırx beş) manat maddi ziyan dəymişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 01 noyabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis kapitanı X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı Şəxs və Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin AygünMusayevanın həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Şəxs Zərərçəkmiş şəxs məxsus “mercedes benz” markalı avtomobilin ön alın şüşəsi və qabaq sağ tərəf qapının yan şüşəsinin küt alətlə zərbə nəticəsində qırılaraq tam yararsız vəziyyətə düşməsi və bunun nəticəsində Zərərçəkmiş şəxs 345 (üç yüz qırx beş) manat məbləğində ziyan vurması kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhvetməyə və zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində vurulmuş ziyanın bir misli məbləğində inzibati cərimə tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 38.3, 53.0.6, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib vurulmuş ziyanın bir misli məbləğində, yəni 345 (üç yüz qırx beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs Zərərçəkmiş şəxs məxsus “Mercedes benz” markalı avtomobilin ön alın şüşəsi və qabaq sağ tərəf qapının yan şüşəsinin küt alətlə sındırması nəticəsində Zərərçəkmiş şəxs dəymiş 345 (üç yüz qırx beş) manat məbləğində maddi zərər Şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar