Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-984/2023 23.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, Şəxs İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Binəqədi Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən Şəxs İlqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya görə İXP saylı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar xx.xx.2023-cü il tarixdə Beyləqan Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Binəqədi Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun deyildir və inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydasına düzgün əməl edilmədən tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 106. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İş materialları ilə müəyyən olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İlqar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, lakin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ya inzibati tənbehvermə haqqında qərarın surəti iş materiallarına əlavə edilməmiş, həmçinin inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, yəni protokol tam doldurulmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın mahiyyəti tam olaraq göstərilməmiş və hüquq və vəzifələri ona izah edilməmişdir. Beləliklə qeyd edilən prosessual hüquq pozuntularına yol verilməklə inzibati xəta haqqında protokol düzgün tərtib edilmədən, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Yuxarıda şərh olunanlara əsasən hesab edirəm ki, Binəqədi Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən İXP saylı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərildiyinə görə inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Binəqədi Rayonu Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İlqar oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi Rayonu Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tərtib edilmiş İXP saylı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Binəqədi Rayonu Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-984/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-984/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver