Məhkəmə qərarları › İş №3(020)-985/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-985/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-985/2023 14.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Hüquqi ünvanı Beyləqan rayonu Mil qəsəbəsi olan “Beyləqan Su-Tikinti-*4” Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayonu Mil qəsəbəsində yerləşən “Beyləqan Su-Tikinti-*4” ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-*-26/2-4977/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla da “Beyləqan Su-Tikinti-*4” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsin və azərbaycan Respublikası Mərkəzi Bankının ünvanına məhkəmə bildirişi göndərilmiş iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub “Beyləqan Su-Tikinti-*4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Lakin hüquqi şəxs və Azərbaycan Respublikası Mərkəzi Bankı işə baxılması ilə əlaqədar olaraq nümayəndələrini məhkəməyə göndərməmişlər. Hüquqi şəxsin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin **2.*.4-cü maddəsini nəzərə alıb hüquqi şəxsin və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayonu Mil qəsəbəsində yerləşən “Beyləqan Su-Tikinti-*4” ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-*-26/2-4977/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İşdə olan 09 avqust 2023-cü il tarixli poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Beyləqan Su-Tikinti-*4” ASC-yə 2022-ci ilə dair emitetin illik hesabatı barədə 5 (beş) iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə dair hüquqi şəxsin ünvanına sorğu verilmiş, sorğu xx.xx.2023cü il tarixdə digər qaydada alınmışdır. Lakin hüquqi şəxs qanunla müəyyən edilmiş müddət ərzində sorğuya cavab verməmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə göndərdiyi 06.*2.2023-cü il tarixli, 3(020)-985/2023 saylı sorğu məktubuna 8 saylı Ərazi Vergilər İdarəsindən cavab olaraq bildirilmişdir ki, vergi ödəyicisinin dövlət reyesterində olan məlumatlara əsasən “Beyləqan Su-Tikinti-*4” Açıq Səhmdar Cəmiyyəti (VÖEN 390*40880*) 28.09.202*-ci il tarixdən vergi ödəyicisidir. Hazırda fəaliyyəti aktivdir. Cəmiyyətin səhmdarları *8.05.2007-ci il tarixli Qiymətli kağız sahiblərinin reyesterində göstərilən X*r. Beləliklə də “Beyləqan Su-Tikinti-*4” ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-*- 26/2-4977/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka məlumat vermədiyi sübuta yetirildiyindən, həmçinin cəmiyətin hazırda aktiv fəaliyyətdə olduğu məlum olduğundan “Beyləqan Su-Tikinti-*4” Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibi vardır. Ona görə də “Beyləqan Su-Tikinti-*4” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 2*-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 3*.3-cü maddəsində deyilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, inzibati xəta əməlini törətmiş hüquqi şəxs “Beyləqan Su-Tikinti-*4” Açıq Səhmdar Cəmiyyətinə xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin **2, **4, **5, **7, *28-*30-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: “Beyləqan Su-Tikinti-*4” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, *500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar