Məhkəmə qərarları › İş №3(020)-986/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-986/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-986/2023 23.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü X3 Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, Müəyyən etdim: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü X3 Regional İdarəsi tərəfindən tərtib edilmiş MN saylı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Beyləqan rayon məhkəməsinə göndərilmişdir. İş materialları baxılmağa hazırlanarkən aydın oldu ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, yəni protokol tam doldurulmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində məlumatlar tam göstərilməmiş və hüquq və vəzifələri ona izah edilməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol qanuna müvafiq tərtib edilmədiyi üçün baxılması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək və vəsatət və etirazlar vermək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edir. Hazırki vəziyyətdə iş üzrə hər hansı qərar qəbul edilə bilmədiyindən materiallar Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 115 və 117-ci maddələrini rəhbər tutaraq Qərara aldım: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü X3 Regional İdarəsi tərəfindən tərtib edilmiş MN saylı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar