Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-993/2023 06.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, xx.xx.1996-ci ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuş, fərdi əməklə məşğul olan, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yaşayan Şəxs barəsində Füzuli rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Beyləqan rayon məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli rayon polis şöbəsindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokol ətrafında toplanmış materiallar daxil olmuşdur. Daxil olmuş materialdan görünür ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yaşayan Şəxs yol hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, Şəxs 96 manat məbləğində cəriməni Daxili İşlər Nazirliyinin hesabına ödəmişdir. Məhkəmə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs inzibati xəta üzrə yaranmış 96 manat cəriməni və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyini nəzərə alaraq hesab edir ki, o, İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəməyə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad edilir. Qeyd olunanları, nəzərə alaraq Şəxs inzibati cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərarı qəbul edilənədək tam həcmdə ödəməsini nəzərə alaraq onun barəsində inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad olunmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolla daxil olmuş Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-993/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-993/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver