Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-994/2023 23.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs, İnzibati xəta əməlindən zərərçəkmiş şəxs X5 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Füzuli rayonu Dilağarda kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, Füzuli rayonu Dilağarda kəndində qeydiyyatda olan, hazırda Beyləqan rayonu Əlinəzərli kəndində yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində yaşadıqları Beyləqan rayonu Əlinəzərli kəndi ərazisində yerləşən fermada X10 ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək D.Əliyevi döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Əlinəzərli kəndində yaşayır. X7 tanıyır. Onun Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisində istifadəsində 35 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Milli X1 oğlu X3 məxsusdur. Xaliq Fərzəliyev həmin 35 hektar torpaq sahəsini istifadə etmək üçün notarial qaydada ona vermişdir. O, qeyd olunan 35 hektar torpaq sahəsində özünə məxsus xırdabuynuzlu heyvanları saxlayır. 09 may 2023-cü il tarixdə, saat 20 radələrində Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisində özünə məxsus traktorla çöl torpaq sahəsinə gedən zaman Dünyami Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil ilə qarşılaşmışdır. O, Dünyami Əliyevi saxladaraq avtomobili ilə ona məxsus çöl torpaq sahəsindən, yəni fermanın işərisindən keçməməsini bildirmişdir. Dünyami Əliyev həmin toıpaq sahəsindən keçərək gedəcəyini ona bildirmişdir. Bundan sonra o, traktorla çıxıb getmişdir. 10 may 2023-cü il tarixdə, saat 23:20 radələrində fermada vaqonda yatan zaman vaqonun qapısının döyüldüyünü eşidərək yuxudan oyanmışdır. O, vaqonun qapısını açanda Dünyami Əliyevi və Nail adlı şəxsi görmüşdür. Həmin vaxt Nail adlı şəxsin əlində bıçaq, Dünyami Əliyevin əlində isə ov tüfəngi olmuşdur. Dünyami Əliyev nəyə görə onu buradan keçməyə qoymadığını soruşduqda o, Dünyamiyə bu torpaq sahəsinin ona məxsus olduğunu, buradan avtomobili ilə keçməyini istəmədiyini bildirmişdir. Bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. O, vaqonun pilləkəni ilə aşağı düşən zaman Nail adlı şəxs pilləkəndə əlini sağ əlinin üstünə qoymuşdur. Bu vaxt Dünyami Əliyev əlini Nailin sinəsinə qoyub kənara etmiş və qəfildən əlində olan tüfənginin qundağı ilə sol qulaq nahiyəsindən vurmuşdur. O, da Zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. O, bir neçə saniyə sonra özünə gələndə onunla qonşu fermada yaşayan Adil adlı şəxsin ondan bir az kənarda Dünyami Əliyevi aralıyaraq apardığını və Nailin artıq orada olmadığını görmüşdür. Bundan sonra Dünyami Əliyev oradan çıxıb getmişdir. Həmçinin bildirdi ki, hal-hazırda Mahmud Şəfiyevdən üzr istəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə o, özünə məxsus “Niva” markalı avtomobili ilə Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisində olan çöl torpaq yolu ilə özünə məxsus fermasına gedən vaxt ona tərəf bir “Belarus” markalı traktor gəlmişdir. Traktor ona çatan zaman traktorun sürücüsü Şəxs traktoru onun qarşısında saxlamış və aşağı düşmüşdür. O, da avtomobilini saxlayıb aşağı düşmüş və Rəşada tərəf getmişdir. Rəşad ona yaxınlaşanda bu yoldan istifadə etməməyini ona bildirdiyini və onun nə səbəbə yenə də həmin yoldan keçdiyini soruşmuşdur. O, Rəşada yolun ona aid olmadığını və özünə məxsus fermasına getdiyini bildirmişdir. Rəşad birdə həmin yoldan keçsə ondan inciməməyini ona bildirmiş və çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində o, Beyləqan rayonu, Əlinəzərli kəndi ərazisi ilə öz fermasına gedən vaxt avtomobilinin təkəri oradan axan su kanalına düşmüş və avtomobil batıb qalmışdır. O, nə qədər çalışsa da avtomobili çıxara bilməmişdir. Buna görə də o, avtomobili orada qoyub piyada yoluna davam etmişdir. Onun yolu Şəxs fermasının yanından keçdiyi üçün o, Rəşadın fermasına çatıb onu çağırmışdır. Bu vaxt saat 23 radələri olmuşdur. Rəşad çölə çıxmış və o, Rəşada avtomobilinin batdığını bildirmiş və traktoru ilə avtomobilini çıxarmağa kömək etməsini istəmişdir. Rəşad bu ərazidən keçməməyini ona bildirdiyini deyib yenə nə səbəbə oradan keçməyini ondan soruşmuşdur. O, Rəşada bu yoldan hamının istifadə etdiyini bildirmişdir. Rəşad oradan kim getsə də onun getməyinə imkan verməyəcəyini bildirmişdir. Onların arasında sözlə mübahisə yaranmışdır. Rəşad onun ünvanına nalayiq söyüşlər söyə-söyə çiynindəki tək lülə tüfəngini çıxarıb onun ayağının altına bir dəfə atəş açmış və dərhal onu hədələyə-hədələyə qayıdıb yaşadığı vaqona qaçmışdır. O, bir az Rəşadı gözləmiş, lakin Rəşad gəlməmişdir. O, vaqona yaxınlaşıb içərisinə baxmış və Rəşadın yenidən patron qoyması üçün tüfəngi açmağa çalışdığını görmüşdür. Rəşad tüfəngə yenə patron qoymuş və vaqonun pəncərəsindən çıxarıb onun üzərinə tutmuşdur. Həmin vaxt o, tüfəngin lüləsindən yapışaraq yana çevirmiş və Rəşad yenə də bir dəfə tüfəngdən atəş açmışdır. O, Rəşada əgər onu vurmaq istəyirsə vaqonun çölündən çıxıb vurmasını bildirmişdir. Şəxs çölə çıxmış və nalayiq söyüşlər söyə-söyə ona tərəf gəlmişdir. Bu zaman fermanın yanına tanımadığı bir avtomobil gəlmişdir. Rəşad avtomobili görən kimi əlinə yerdən ağac parçası götürmüş və ona yaxınlaşıb bədəninin müxtəlif yerlərinə bir neçə zərbə vurmuşdur. O, Rəşadın onu vurduğunu gördüyü üçün o, da onu bir dəfə yumruqla sifətinin sol tərəfindən vurmuşdur. Bu vaxt Rəşad yerə yıxılmışdır. Bundan sonra oradan keçən qonşuluqda yaşayan Adil İmanov və oğlu Bürhan Şahlarlı onlara yaxınlaşaraq aralamışlar. Bundan sonra o, aralaşıb çıxıb getmişdir. Bildirdi ki, hadisədən sonra Şəxs ondan üzr istəmiş, O, isə Şəxs bağışlamışdır. Şəxs şikayət və tələbi olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində yaşadıqları Beyləqan rayonu Əlinəzərli kəndi ərazisində yerləşən fermada X10 ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək D.Əliyevi döymüşdür. İşdə olan 13 may 2023-cü il tarixli 306/23 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X4 vətəndaş X5 adına vermiş olduğu 13 may 2023-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı X5 döş qəfəsi və ətraflarında qançırlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanm(əşyalarm) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin İstintaq bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş 15 oktyabr 2023-cü il tarixli, “Sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, müstəntiq, polis baş leytenantı X8 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törtmiş şəxslə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-994/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-994/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver