Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-995/2023 05.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi , Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə məhkəməyə şikayət vermişdir. Şikayət vermiş şəxs X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonunun Əlinəzərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Kənddə yaşamaqla mal-qara saxlayaraq kənd təsərüffatı işləri ilə məşğul olaraq ailəsini saxlayır. Yaşadığı Beyləqan rayonu Əlinəzərli kəndində 1948-ci ildə salınmış meşə massivində bütün kənd sakinləri kimi o, da özünə məxsus mal-qaranı müxtəlif şəxslərə ödəniş edərək otarmışdır. O, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə rəsmi olaraq müraciət edərək meşədə mal-qarasını otarmaq üçün icazə istəmişdir. 22 sentyabr 2023-cü il tarixdə sözügedən meşə massivində özünə məxsus xırdabuynuzlu heyvanları meşə massivində otaran zaman əraziyə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X7 Mərkəzinin əməkdaşları həmin əraziyə gələrək 9 saylı RMTM-nin 5 saylı meşəbəyliyin 8 saylı dolayının 16-cı kvartalında şəxsi təsərüffatını otardığını ona irad bildirmişdir. O, həmin əməkdaşlara meşə massivində mal-qarası olan bütün kənd sakinlərinin mal-qara otardığını, həmçinin həmin meşə massivini otarmaq üçün müxtəlif şəxslərə pul verdiyini bildirmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X7 Mərkəzinin əməkdaşları onun barəsində Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə inzibati protokol tərtib etmişlər. Səbəb isə 9 saylı RMTM-nin 5 saylı meşəbəyliyin 8 saylı dolayının 16-cı kvartalında xx.xx.2023-cü il tarixdə şəxsi təsərüffatını otarmaq məqsədi ilə meşə ərazisinə salması göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X7 Mərkəzinin əməkdaşları dərhal elə həmin gündə onu Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bundan sonra onun iştirakı olmadan barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərara əsasən 400 manat cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə ünvanına gələn məktub və qərardan ona məlum olmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi Oqtay Şahmurov qanunsuz olaraq onu xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbəh vermə haqqında qərarına əsasən fiziki şəxs kimi 400 (dörd yüz) manat məbləğində inzibati cərimə etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərar əsassızdır. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərarında inzibati xəta tərkib olmadığından həmin qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə 5 saylı meşəbəyliyinin 8 saylı dolayın 16cı kvartalında reyd keçirilən zaman X2 X11 sahəsində özbaşına olaraq mal-qara otarması faktı müəyyən edilərək elə həmin gün, yəni 22 sentyabr 2023-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş, V.Xankişiyev protokola imza etməkdən və izahat verməkdən imtina etmişdir. Bununla bağlı toplanmış sənədlər tədbir görülməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, iş materialları idarənin rəisi X3na təqdim olunmuş, 20 oktyabr 2023-cü tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən X5 400 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İşə baxılması barədə Vuqar Xankişiyevə rəsmi olaraq 06 oktyabr 2023-cü il tarixdə bildiriş göndərilmiş, həmin bildiriş Vüqar Xankişiyev tərəfindən qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Oqtay Şahmurov tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli, 91 saylı qərardada əsasən X2 özünün barəsində olan inzibati işin baxılmasında iştirak edə bilməyəcəyi nəzərə alınaraq V.Xankişiyevin barəsində inzibati xəta haqqında işin baxılması bir ayadək müddətə uzadılmışdır. Bildirdi ki, qərar tam əsaslıdır, V.Xankişiyevin törətdiyi xəta X7 Mərkəzinin əməkdaşları tərəfindən aşkar olunaraq hadisə yerində fotoşəkillər çəkilmişdir. X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə verdiyi şikayətin rədd edilməsini xahiş etdi. İşə əlavə edilmiş 22 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə 9 saylı RMTM-nin 5 saylı meşəbəyliyin 8 saylı dolayının 16-cı kvartalında şəxsi təsərüffatında olan mal-qaranı otarmaq məqsədi ilə meşə ərazisinə salması faktı aşkar edilmiş, nəticədə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin V.İsmayılov səbəb göstərmədən protokola imza etməkdən və izahat verməkdən imtina etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinib 400(dörd yüz) manat cərimə edilmişdir. İşə əlavə edilmiş 9 saylı X7 Mərkəzinin 5 saylı meşəbəyliyinin 8 saylı dolayının Həcm-Qiymət cədvəlindən görünür ki, 22 sentyabr 2023-cü il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş özbaşına qanunsuz otarılma faktının aşkar edilməsi nəticəsində X14 ümumilikdə 730.40 (yeddi yüz otuz manat qırx qəpik) manat ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, inzibati xəta haqqında işə 06 oktyabr 2023-cü il tarixdə baxılması barədə Vüqar Xankişiyevin ünvanına bildiriş göndərilmiş, həmin bildiriş 06 oktyabr 2023-cü il tarixdə X5 tərəfindən şəxsən qəbul edilmişdir. X1 özünün barəsində olan inzibati işin baxılmasında iştirak edə bilməyəcəyi nəzərə alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Oqtay Şahmurov tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli, 91 saylı qərardada əsasən V.Xankişiyevin barəsində olan inzibati xəta haqqında işin baxılması bir ayadək müddətə uzadılmışdır. Məhkəməyə təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X5 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar rəsmi qaydada X2 yaşadığı ünvana göndərilmiş və V.Xankişiyev həmin qərar göndərilmiş məktubu 08 noyabr 2023-cü il tarixdə şəxsən almışdır. Həmçinin protokol tərtib edilən zaman X4 izahatı alınması üçün müraciət olunmuş, lakin V.Xankişiyev yazılı izahat verməmiş, barəsində tərtib olunan inzibati xəta haqqında protokola imza etməkdən imtina etmişdir. V.İsmayılovun xətanı törətməsi iş materialları və hadisə yerində çəkilən fotoşəkillər ilə tam olaraq öz təsdiqini tapmışdır. Həmçinin V.Xankişiyev özü də məhkəmə iclasında və ərizəsində də meşə ərazisində xırdabuynuzlu heyvanlarını otarmasını etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsinə görə Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 129.1.3-ci maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə 9 saylı RMTM-nin 5 saylı meşəbəyliyin 8 saylı dolayının 16-cı kvartalında şəxsi təsərüffatında olan heyvanları meşə ərazisində otarmasına görə Vüqar Xankişiyevin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş 22 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərarı tam əsaslıdır. Ona görə də X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərarından əsassız olaraq şikayət verməsi müəyyən edilmiş, inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsaslar müəyyən edilmədiyindən Vüqar Xankişiyevin şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM : X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 20 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsi vastəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Nurullayevev
Məhkəmə qərarları › İş №3(020)-995/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-995/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver