Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-997/2023 06.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, xx.xx.1997-ci ildə anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayon Əhmədli kəndində qeydiyyatda olan Şəxs barəsində Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası DİN Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətalar haqqında İXP ******* nömrəli,xx.xx.2023-cü il tarixli protokoluna əsasən Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Lakin Şəxs inzibati cəza növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və ödəyəcəyi məbləğə 24 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ hazırda dəbbə pulu ilə birlikdə 64 manat təşkil edir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2023cü il tarixli İXP ******* nömrəli inzibati protokol tərtib etməklə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarından görünür ki, Şöbəsindən daxil olmuş inzibati xətalar haqqında İXP ******* nömrəli,xx.xx.2023-cü il tarixli protokoluna əsasən Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Lakin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və ödəyəcəyi məbləğə 24 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ dəbbə pulu ilə birlikdə 64 manata çatmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İnzibati xəta törətmiş şəxsin inzibati cəriməsi bu günə kimi ödənilməmiş qalmışdır. İş materiallarını nəzərdən keçirib, Şəxs inzibati cəriməni ödəməməsini əsas tutaraq onun nəqliyyat vasitələrini idarə etmə hüququ Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada 6 (altı) ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinən, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №3(020)-997/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-997/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver