Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1/2023 08.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati icraat aparılan Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bərdə rayonu, Böyük Qəcər kəndində doğulmuş, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, Bərdə rayonu Qarayusifli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələrində müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibаti xətаları törətməsinə dair Bərdə rayon Polis Şöbəsində 30 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclаsındа Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru X5 izahatında bildirmişdir ki, 09 avqust 2022-ci “VAZ2106” markalı ** BF *** nömrəli avtomobil hərəkət edərkən Bərdə şəhəri Koroğlu küçəsi ilə hərəkətdə olan zaman işıqforun yaşıl işığından sola “Qəhrəmanlar” parkının yaxınlığından dönərkən düzünə hərəkətdə olan “Tayota Prius” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil onunla toqquşaraq zərərçəkmiş şəxs X4 maddi zərər vurmasına səbəb olmuşdur. Yol polisi hadisə yerinə gəlmişdir. Şəxslər özü razılaşıb dəymiş zərərin aradan qaldırılması üçün ustaya getmişlə. Daha sonra aralarında mübahisə yaranmışdır. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, 09 avqust 2022-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı 77- DJ-631 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə şəhəri Koroğlu küçəsi ilə Qəhrəmanlar parkının kəsişməsinə doğru hərəkətdə olan zaman yaşıl işıq yandığı üçün düzünə hərəkət etmişdir. Bu zaman əks istiqamətdə hərəkət edən “VAZ 2106” markalı **-BF-*** nömrəli avtomobilin qəflətən sola manevr edərək qarşısına çıxmışdır və toqquşmuşlar. Hadisə zamanı avtomobildə tək olmamışdır. Xəsarət almamışdır. Daha sonra maşını usta yanına aparmışlar bildirilib ki, 200-300 manat xərci çıxacaq. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 09 avqust 2022-ci il tarixdə saat 10:30 radələrində “VAZ2106” markalı ** BF *** nömrəli avtomobillə hərəkət edərkən Bərdə şəhəri Koroğlu küçəsi ilə hərəkətdə olan zaman işıqforun yaşıl işığından sola “Qəhrəmanlar” parkının yaxınlığından dönərkən düzünə hərəkətdə olan “Tayota Prius” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxaraq onunla toqquşaraq zərərçəkmiş şəxs X4 maddi zərər vurmasına səbəb olmuşdur. O, hazırda əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən barəsində mümkün qədər yüngül tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 izahatında göstərdi ki, Şəxs sürücülük hüququ 2016-cı ildə məhdudlaşırılıb. Şəxsin bundan xəbəri olmayıb. İndiyənədək olan bütün cərimələrini ödəmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsində tərtib edilmiş 30 avqust 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında prоtоkоldan görünür ki, Şəxs sürücülük hüququ olmadan 09 avqust 2022-ci il tarixdə saat 10:30 radələrində “VAZ2106” markalı ** BF *** nömrəli avtomobillə hərəkət edərkən Bərdə şəhəri Koroğlu küçəsi ilə hərəkətdə olan zaman işıqforun yaşıl işığından sola “Qəhrəmanlar” parkının yaxınlığından dönərkən düzünə hərəkətdə olan “Tayota Prius” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxaraq onunla toqquşaraq zərərçəkmiş şəxs X4 maddi zərər vurmasına səbəb olmuşdur. İş materiallarında olan ilkin qiymətləndirilmə aktından görünür ki, “Tayota Prius” minik markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 890 (səkkiz yüz doxsan) manat məbləğindədir. Bundan sonra onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 30 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs sürücülük hüququ olmadan 09 avqust 2022-ci il tarixdə saat 10:30 radələrində “VAZ2106” markalı ** BF *** nömrəli avtomobillə hərəkət edərkən Bərdə şəhəri Koroğlu küçəsi ilə hərəkətdə olan zaman işıqforun yaşıl işığından sola “Qəhrəmanlar” parkının yaxınlığından dönərkən düzünə hərəkətdə olan “Tayota Prius” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxaraq onunla toqquşaraq zərərçəkmiş şəxs X4 maddi zərər vurmasına səbəb olmuşdur Məhkəmə iş üzrə protokol tərtib edən şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməklə təqsirli bilinməli və və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 329.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi və tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon X12 Bölməsinə göndərilməlidir Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddələri ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi və tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon X12 Bölməsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver