Məhkəmə qərarları › İş №3(021)-1/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1/2024 25.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlu, Şəxs barəsində Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsində 21 fevral 2023-cü il tarixdə, MN № ******* saylı nzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2023-cü tarixli 3(021)-576/2023 saylı qərarı ilə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd edilən qərarı ilə razılaşmayan zərərçəkmiş şəxs İlahə Məlikova apellyasiya şikayəti verib, qərarın ləğv edilməsini və Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Gəncə Appelyasiya Məhkəməsinin 3(104)215/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 21 fevral 2023-cü tarixli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 21 fevral 2023-cü tarixli 3(021)-576/2023 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında iştirak etmədiyindən Bərdə Rayon Məhkəməsinin 11 may 2023-cü tarixli 3(021)-576/2023 saylı qərarı ilə barəsində axtarış elan edilmiş və 24 iyun 2024-cü il tarixdə tutularaq məhkəməyə təhvil verilmişdir. Məhkəmə işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl düzgün tərtib olunmadığından onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib olunmuş protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə əsasən tərtib olunduğu göstərilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar