Məhkəmə qərarları › İş №3(021)-10/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-10/2023

02.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-10/2023 02.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Bərdə rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən 02 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında protokolu tərtib etmiş Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X3 bildirdi ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Bərdə rayonu Alaçadırlı kəndində yerləşən yaşadığı evin yanında saxlanılaraq yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmiş, Şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tiklidən ümumi çəkisi 5,155 qram qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar Bərdə RPŞ-nin İB-də müvafiq araşdırma aparılmış, daha sonra toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. O, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs ifadəsində bildirdi ki, həmin narkotik tərkibli bitkini 2022-ci ilin mart ayında yabanı halda olan bitkilərin toxumundan əldə etmişdir. Belə ki, o, məhləsinə yabanı halda bitən narkotik bitkilərin toxumunu səpmiş və həmin toxumlardan yalnız bir ədədi bitmişdir. O, həmin bitkiyə qulluq etmiş, həmin narkotik tərkibli bitkini çıxarıb öz istifadəsi üçün qurutmaq istəmişdir. Lakin polis əməkdaşları aşkar edərək götürmüşlər. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Aşkar edilmiş narkotik tərkibli bitkini özü istifadə etmək üçün əkmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN 588427 nömrəli protokolda göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan çətənə bitkisini əkmişdir. Bərdə RPŞ İB-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 24 oktyabr 2022 il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Bərdə rayonu Alaçadırlı kəndində yerləşən yaşadığı evin yanında saxlanılaraq yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmiş, Şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tiklidən ümumi çəkisi 5,155 qram qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından cinayət işinin başlanması rədd olunmuş, lakin əməlində inzibati xəta tərkibi olduğundan İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2022-ci il tarixli 16/1198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə" yazı və imzalar olan iki ədəd sintetik kisədən ibarət bağlamadakı, ümumi sayı 6(altı)hissə, ümumi təmiz çəkisi 4700qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənǝ (kannabis) bitkisinin hissələridir. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tiklidən ümumi çəkisi 4700 qram çəkidə narkotik vasitə olan çətənə bitkisi aşkar edilmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından cinayət işininin başlanması rədd edilərək barəsində xx.xx.2023-cü il tarixə Bərdə RPŞ-də İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, onun əməlində məsuliyyətini ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Belə olan halda, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-in 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 4700 qram çəkidə narkotik vasitə olan çətənə bitkisi inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Şəxs yaşadığı evdən aşkar edilmiş və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 4700 qram çəkidə narkotik vasitə olan çətənə bitkisi inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rayon İcra və Probasiya şöbəsinə və Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar