Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1006/2024 19.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, X1 Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN №1438085 saylı, xx.xx.2024-cü il tarixli qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə rayon İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə ərazi şöbəsinin müdiri X6 ona qanunsuz hasarlamaya görə 500 manat cərimə yazmışdır. O, Bərdə rayon Nazırlı kəndində yaşayır. O, Qarabağ veteranıdır. Ona məxsus Türkmn kənd ərazisində 3 sot torpaq sahəsi vardır. Həmin əraziyə yaşıllaşdırmaq məqsədi ilə meyvə ağacları əkmək istəyib, lakin kənardan bir çox ziyanlıqlar törədildiyindən həmin ziyanlıqların qarşısı almaq məqsədilə açıq qalan ərazinin çox az bir hissəsini mişar daşı hördürmüşdür. Buna görə də ona cərimə yazmışdırlar. Hesab edir ki, həmin qərar əsassızdır. Məhkəmə iclasında şikayətçi X7 şikayətinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, 500 manat cərimə ilə razılaşmır. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsinin nümayəndəsi X8 bildirdi ki, vətəndaş X7 xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsini yaşayış binası tikmək məqsədi ilə hasara almışdır. Barəsində protokol tərtib edilərək ünvanına göndərilmişdir. Şikayətin heç bir əsası yoxdur qərar qanunidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1970-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.03 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X3 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsi tərəfindən tərtib oluunmuş xx.xx.2024- cü il tarixli MN ******* saylı protokoldan görünür ki, X2 rayon Türkmən kəndi ərazisində xüsusi mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsində hasarlama işləri apardığından barəsində İXM-nin 247.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024- cü il tarixli MN ******* saylı protokol və bildiriş Azay Səfərovun ünvanına göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN №1438085 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X7 İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, ona 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə qeyd edir ki, X7 məhkəməyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN №1438085 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə əsas ola biləcək sübutları təqdim edə bilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 əməlində İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X3 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bərdə Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN №1438085 saylı, xx.xx.2024-cü il tarixli qərarından X3 verdiyi şikayət təmin edilməsin, MN №1438085 saylı, xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilsin. Qərar rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1006/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1006/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver