Məhkəmə qərarları › İş №3(021)-1007/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1007/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1007/2025 08.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1989-cu ildə Bərdə şəhərində doğulmuş ,Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bərdə şəhəri Təbriz küçəsi ev 46-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 08 oktyabr 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1693 saylı, xx.xx.2021-ci il tarixli, Bərdə Rayon Məhkəməsinin 8(021)-257/2-25 nömrəli, xx.xx.2025-ci il tarixli və Ağdam rayon Məhkəməsinin 2(013)- 1607 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə 4752 manat aliment və əmlak tələbi üzrə 6620 manat olmaqla cəmi 11372 manat borcu yaranmışdır. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcu ödəməmişdir. Borcluya icra sənədinin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Dəfələrlə xəbərdarlıq edilmiş, lakin borcunu ödəməkdən boyun qaçırmışdır. İcra sənədi üzrə tələbkar dəfələrlə Bərdə rayon icra və probasiya şöbəsinə zəng etmiş , maddi vəziyyətinin yaxşı olmadığını, xadimə işlədiyini və alimentin hamsını tələb etdiyini bildirmişdir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədləri üzrə yaranmış borcu maddi imkanı pis olduğundan ödəyə bilməmişdir. Maddi vəziyyəti ağırdır heç bir yerdə işləmir. Qərar qəbul edilərkən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil göstərmişdir ki, Şəxs icra sənədlərini maddi imkanı olmaması səsəbindən icra etməmişdir. İcra sənədini icra etməməkdə məqsədi qərəzli olmamışdır. Odur ki, məhkəmə tyərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati iş materiallarına istinad: İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 25 iyn 2025-ci il tarixli, 8(021)-257/2025 nömrəli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşaına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-1693/2021 saylı qətançəs ilə müəyyən edilmiş alimentin mmiqdarı indeksasiya olunmaqla borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0, 56 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İş materillarına əlavə edilmiş 23 iyul 2025-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbin könüllü icra olunması barədə 10 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdam rayon Məhkəməsinin 2(013)-1607/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs icra vərəqəsində göstərilən cehiz və qızıl-zinəty əşyaları naturada həmin qızıl-zinət əşyaları və cehiz əşyaları olmadqıda onların dəyəri və 90 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsinə dair 21 may 2025-ci il tarixli qərardan görünür ki, Ağdam rayon Məhkəməsinin 2(013)-1607/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli icra vərəqəsi icra sənədi icra olunması üçün Bərdə rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. İş materillarına əlavə edilmiş 23 may 2025-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Ağdam rayon Məhkəməsinin 2(013)-1607/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra olunması barədə 10 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsinə dair 21 may 2025-ci il tarixli qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli icra vərəqəsi icra sənədi icra olunması üçün Bərdə rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(021)-1693/2021 nömrəli 25 avqust 2021-ci il tarixli icra vərəqsinin surətindən görünür ki, 18 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Şəxs hər ay 140 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs Xaliq qızına ödənilməlidir. İş materillarına əlavə edilmiş 21 may 2025-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Bərdə rayon Məhkəməsinin 2(021)-1693/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra olunması barədə 10 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 07 may 2025-ci il tarixli məktubdan görünür ki, Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsinə xx.xx.2025-ci il tarixdə 300297 nömrəli yeri axtarış işi açılmışdır. İş materillaına əlavə edilmiş 08 oktyabr 2025-ci iltarixli MN2327067 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1693 saylı, xx.xx.2021-ci il tarixli, Bərdə Rayon Məhkəməsinin 8(021)-257/2-25 nömrəli, xx.xx.2025-ci il tarixli və Ağdam rayon Məhkəməsinin 2(013)-1607 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə 4752 manat aliment və əmlak tələbi üzrə 6620 manat olmaqla cəmi 11372 manat borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-1693 saylı, xx.xx.2021-ci il tarixli, Bərdə Rayon Məhkəməsinin 8(021)-257/2-25 nömrəli, xx.xx.2025-ci il tarixli və Ağdam rayon Məhkəməsinin 2(013)-1607 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə 4752 manat aliment və əmlak tələbi üzrə 6620 manat olmaqla cəmi 11372 manat borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədlərini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarı). Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 08 oktyabr 2025-ci il saat 12:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar