Məhkəmə qərarları › İş №3(021)-1008/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1008/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1008/2024 03.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1990-cı ildə Bərdə rayonu Qarayusifli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Qarayusifli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 03 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(104)-2550/2023 saylı icra sənədləri üzrə 9261 (doqquz min iki yüz altmış bir) manat məbləğində aliment borcu yaranmış, borclu icra sənədləri üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən X2 hər ay 540 manat məbləğində aliment ödəməlidir. X7 ilə barışmışlar, bir yerdə yaşayırlar. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 göstərdi ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən X2 hər ay 540 manat məbləğində aliment ödəməlidir. Şəxs hazırda 9261 manat məbləğində aliment borcu var. Borcludan borunu tam şəkildə ödəməsini tələb etsə də ödəməmişdir. Məhkəmə iclasında ona məlum olmuşdur ki, borclu Şəxs tələbkar Gülmirə Qurbanova ilə barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş mülki iş üzrə tələbkar X4 göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay 540 manat məbləğində aliment alınaraq ona verilməlidir. Hazırda Şəxsla barışmışlar, bir yerdə yaşayırlar. Şəxs heç bir şikayət və tələbi yoxdur. Mülki iş üzrə tələbkar X1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, inzibati xəta törətmiş şəxs Şəxs ilə barışdığı üçün inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır, Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(104)-2550/2023 saylı icra sənədlərini icra etməməsi qeyd olunsa da, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu tələbkarla barışmış, tələbkarın borcludan heç bir şikayət və tələbi yoxdur. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar