Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-101/2025 24.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxslər X6 və X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025 il tarixdə uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş yüksək səslə nalayiq söz işlətmişdir. Şəxs polis şöbəsinə dəvət etsələr də, narazılığını bildirmiş, lakin sonra onlarla polis şöbəsinə getməyə razılaşmışdır. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, polis əməkdaşları onun çalışdığı təmir emalatxanasına daxil olaraq barəsində şikayət olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları iş yerinə daxil olan zaman ondan başqa heç kim orada olmamışdır. Onun tərəfindən ucadan səs-küy salınmamışdır. Ondan əvvəl dostu ilə maşın bazarında sözlü mübahisəsi olmuşdur. Orada zarafatlaşaraq söhbət etmişlər. Ona şər atılır. O, tabesizlik göstərməmişdir. Polis əməkdaşları ilə mülki avtomaşına əyləşərək polis şöbəsinə getmişdir. Himayəsində 2 azyaşlı övladı vardır, özü avtomaşın təmiri ilə məşğul olur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə uca səslə nalayiq ifadələr işlədərək onlarla polis şöbəsinə getməyi qəbul etməmişdir. Lakin sonradan razılaşaraq onlarla polis şöbəsinə getmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə uca səslə nalayiq ifadələr işlədərək onlarla polis şöbəsinə getməyi qəbul etməmişdir. Lakin sonradan razılaşaraq onlarla polis şöbəsinə getmişdir. Zərərçəkmişlər şəxslər verilən suallara cavab olaraq bildirdilər ki, həmin vaxt təmir emalatxanasının qapısı açıq olmuşdur. Şəxs onlara məlum olmayan şəxslə ucadan telefonla danışırdı. İlkin olaraq Şəxs onlarla polis idarəsinə getmək üçün razılaşmasa da, qanunvericiliyin tələbləri izah olunduqdan sonra birlikdə polis idarəsinə getmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişlərin və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən icraata xitam verilməlidir. xx.xx.2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokola əsasən göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayonunda ictimai yerdə ucadan səs-küylə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərini pozmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törədilmişdir. xx.xx.2025-ci il tarixli inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, X3 və X6 inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə istinadən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən olunur ki, Şəxs təqsirliliyi sübut olunmur. Göstərilən səbəblərdən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinməyərək, İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-101/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-101/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver