Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1011/2025 12.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərova Nərmin Pənah qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X5 nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X4 daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 262.2.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokol: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 262.2.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X7 tərəfindən 09 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X5 nümayəndəsi X6 izahatında bildirdi ki, 09 oktyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Bərdə şəhəri Koroğlu küçəsində yerləşən avtoyuma məntəqəsində formalaşan tulantı sularının təyinatsız olaraq Tərtər çayına axıdılmışdır. Şəxs şifahi qaydada xəbərdarlıq edilmiş, izahatı alınmışdır və barəsində İXM-in 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Şəxs barəsində İXM-nin 262.2.3-cü maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o məhkəm icasında iştirak etməmişdir. Məhkəmə işə barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 09 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 09 oktyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Bərdə şəhəri Koroğlu küçəsi ərazisində “avtoyuma məntəqəsi formalaşan tulantı sularının təyinatsız olaraq Tərtər çayına axıdılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət X8 yanında X8 yanında Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X5 rəisi müavini Elçin Salahov tərəfindən imzalanmış 08 oktyabr 2025-ci il tarixli 26 saylı sərəncamdan görünür ki, Bölmə tərəfindən Bərdə rayonu İnzibati ərazisində 3 gün nəzarət tədbirləri aparılması barədə sərəncam verilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X7 tərəfindən tərtib edilmiş 09 oktyabr 2025-ci il tarixli 001427 nömrəli aktdan görünür ki, nəzarət tədbiləri aparılan zaman Bərdə şəhəri Koroğlu küçəsi ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində ( 40.22,38№47,06,46 E koordinatda) formalaşan tullantıların təyinatsız olaraq Tərtər çayına axıdılması faktına rast gəlinmişdir.Faktla bağlı Şəxs verdiyi yazılı izahatda hüquqpozmanın məsuliyyətini dərk etdiyini və çalışıb ən qısa zamanda aşkar olunun halı aradan qaldıracağını bildirmişdir. İstinad edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 602.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714-İVQ Qanununun 1.1.1-ci maddəsi sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 1.1.2-1-ci maddəsinə əsasən yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır: 1.1.2-1.1. sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti; 1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi; 1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər; 1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi; 1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər; Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 4.1. Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə, eləcə də strukturu təsdiq edilmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti və onun yerli bölmələri” Agentliyin strukturuna daxil edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, protokolu tərtib edən subyektin nümayəndəsini dinləyərək, iş materiallarında olan sübutları tədqiq edərək, hesab edir ki, Şəxs İXM-nin 262.2.3-cü maddəsi üzrə təqsiri sübuta yetirilmir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti Agentliyin strukturuna daxil olan, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələblərə və digər normativ hüquqi aktlara riayət olunmasına dövlət nəzarətini həyata keçirən qurumdur. Xidmət həmçinin su və su təsərrüfatı obyektlərinin monitorinqini aparır və su qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 iyul tarixli 163 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti haqqında Əsasnamə”nin 3.1.31-ci yarımbəndinə əsasən qanunda nəzərdə tutulmuş hallarda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714- İVQ Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaya anlayış verilmişdir. Qeyd edilən anlayışa əsasən yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 1.1.2-1-ci maddəsinə əsasən yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır: 1.1.2-1.1. sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti; 1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi; 1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər; 1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi; 1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər; Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə Xidmət tərəfindən təbiətin mühafizəsi ilə bağlı ümumi ictimai faydalı məqsədə nail olmaq cəhdlərini hüquqauyğun davranış kimi müəyyən edir, lakin bu ictimai faydalı nəticəyə nail olunması qanunvericiliyin tələblərini pozmaqla əldə edilə bilməz. Qanunvericiliyin tələblərinin pozulması nəticəsində əldə edilmiş sübutdan doğan sübut da qanunsuzdur. Bu bir növ zəhərli ağacın məhsulu olan zəhərli meyvəni ("fruit of the poisonous tree" doktrinası) xatırladır. Aparılan nəzarət tədbiri hüquqauyğun davranış həyata keçirmək istəyən inzibati orqanın hüquq pozuntusuna yol verilməsi ilə nəticələnən bir tədbirdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana qanunvericilik geniş səlahiyyət verir. Sahibkarın isə geniş səlahiyyətləri yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714-İVQ Qanununun qəbul edilməsi fəlsəfəsi də dövlət orqanları, idarə, təşkilat və müəssisələri tərəfindən həyata keçirilən yoxlamalara dövlət nəzarətinin həyata keçirilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması ilə bağlıdır. Bu Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Qeyd edilən Qanunun 2-ci maddəsinə əsasən Qanunun tətbiqi dairəsi müəyyən edilir. 2.1-ci maddəyə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yəni inzibati xəta haqqında protokolu tərtib edən orqan həyata keçirdiyi tədbirin adını nəzarət olaraq müəyyən etməsi, həmin tədbirin bu Qanunun tətbiq dairəsindən çıxarmağa əsas vermir. Nəzarət tədbirlərinin obyektin hüdudlarından kənarda həyata keçirilməsi ilə əlaqələndirməsinin hüquqi əsası yoxdur. Belə ki, iş materiallarından görünür ki, müəssisənin daxilində müşahidə tədbirləri keçirilmiş və fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Digər tərəfdən hətta kənardan müşahidə nəticəsində sübut əldə edilibsə bu həmin sübutun mötəbərliyini bir daha şübhə altına alır. Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarın təsərrüfat subyektinə daxil olmadan aparılan yoxlamanı fərqləndirmir. Eyni zamanda həmin Qanunun 2-ci maddəsində inzibati xəta haqqında protokol üzrə aparılmış yoxlamanın həmin qanunun şamil edilmədiyi yoxlamalar dairəsinə aid edillmədiyi də aydın şəkildə təsbit edilmişdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X3 Xidməti 7 saylı X7 tərəfindən yuxarıda qeyd edilən əsaslar nəzərə alınmaqla aparılan yoxlamanın heç bir hüquqi nəticəsi olmadığından, hüquqi nəticəsi olmayan yoxlama (nəzarət) ilə əldə edilmiş sübutlar da sübut kimi qəbul edilə bilməz. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Məhkəmə eyni zamanda analoji halların qarşısının alınması inzibati orqan tərəfindən oxşar hallara yol verilməməsi məqsədilə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 602-ci maddəsinin tərkibinin olması məsələsinə qiymət verilməli olunması qənaətinə gəlir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 262.2.3-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1011/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1011/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver